Qlobal ərzaq problemi və ərzaq təhlükəsizliyinin təminatı istiqamətləri

Read full text Summarise with VIRAT

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

QLOBAL ӘRZAQ PROBLEMİ VӘ ӘRZAQ TӘHLÜKӘSİZLİYİNİN TӘMİNATI İSTİQAMӘTLӘRİXülasә Tәdqiqatın mәqsәdi-әrzaq istehsalı, bölgüsü, mübadilәsi vә istehlakı dünya tәsәrrüfat sisteminin funksionallığının qorunub saxlanılmasından ibarәtdir.Tәdqiqatın metodologiyası-tәdqiqat işindә tәkliflәr, yeniliklәr, müqayisәli tәhlil vә sistemli yanaşma metodlarından istifadә edilmişdir.Tәdqiqatın tәtbiqi әhәmiyyәti -müasir dövrdә qlobal iqlim dәyişikliklәrinin tәsiri altında әrzaq tәhlükәsizliyinin qorunub saxlanması, texnologiyanın inkişaf etdiyi bir dövrdә qida mәhsulları istehsalının genişlәndirilmәsi, hәmçinin artırılması, kәnd tәsәrrüfatı sektoru sahәlәrinin vә elәcә dә aqrar sahәlәrin yüksәk texnologiyalar әsasında inkişaf etdirilmәsi, әhalinin sağlam qida ilә tәmin edilmәsi mәsәlәlәri әsas götürülmüşdür.Tәqdiqatın nәticәsi -beynәlxalq sәviyyәdә tәnzimlәnәn milli әrzaq ehtiyatlarının yaradılması, inkişaf etmiş ölkәlәrin beynәlxalq kәnd tәsәrrüfatı mәhsulları satışında payının davamlı olaraq artırılması yolu ilә onların qloballaşma prosesinin mәnfi tәzahürlәrindәn beynәlxalq sәviyyәdә müdafiә olunması vә s. mәsәlәlәrin qeyd edilmәsi nәzәrdә tutulmuşdur.Tәdqiqatın orijinallığı vә elmi yeniliyi -әrzaq çatışmazlığının әvvәlcәdәn xәbәr verilmәsi sistemi güclәndirilmәli, beynәlxalq miqyasda bazarların monitorinqi, daha çox investisiyaların yatırılması, hәr bir ölkәnin qida mәhsulları üzrә özünütәnzimetmә mexanizmlәrinin formalaşdırılması vә s. kimi mәsәlәlәr nәzәrdә tutulmuşdur.Açar sözlәr: beynәlxalq әrzaq tәhlükәsizliyi, kәnd tәsәrrüfatı mәhsulları, әrzaq tәchizatı, qlobal әrzaq problemi. GirişMәlum olduğu kimi qida mәhsullarına olan tәlәbatın ödәnilmәsi әhalinin hәyat sәviyyәsini xarakterizә edәn mühim arqument olmaqla cәmiyyәt üzvlәrinin yaşayış imkanlarının nә dәrәcәdә reallaşdırılmasını şәrtlәndirir.Bu proses әslindә fasilәsiz, davamlı xarakter daşıyır, әn azı ona görә ki, bәşәriyyәt heç zaman istehlakı dayandıra bilmәz, istehlakın dayandırılması hәr bir fәrdin fiziki mövcudluğunun sonu demәkdir.Odur ki, qida mәhsullarının istehsalı davamlı olaraq artırılmalıdır.Mәhz bu baxımdan bәşәriyyәtin bütün tarixi әrzindә әrzaq tәminatının yaxşılaşdırılması beynәlxalq miqyas almaqla ölkәlәrin milli tәhlükәsizliyindә öz aktuallığını saxlamışdır.Beynәlxalq әrzaq tәhlükәsizliyi ideyası XX әsrin 70-ci illәrinin әvvәllәrindә әsasәn inkişaf etmәkdә olan ölklәrdә әrzaq resurslarının ciddi surәtdә çatışmazlığı vә bu problemin gәlәcәkdә qarşısının alınması vә onun bir daha tәkrar olunmaması zәrurәtindәn yaranmış vә inkişaf etmişdir.Bu gün qlobal problemlәr içәrisindә әrzaq problemi daha kәskinliyi ilә fәrqlәnir.Bu problem hәm dә özünün birbaşa insanla bağlı fizioloji vә yaşam tәlәblәri baxımından ön sıraya çıxır.Problemin etnogenezi bәşәr sivilizasiyasının tarixi köklәrinә qәdәr irәlilәyir.Lakin o, yüz ildә daha miqyaslı vә qlobal xarakter daşımaqdadır.Әrzaq istehsalı bölgüsü, mübadilәsi vә istehlakı qlobal tәsәrrüfat sisteminin funksionallığının mühüm tәrkib hissәsi kimi çıxış edәrәk dünya siyasәtinin prioritetlәri sırasında xüsusi yer tutur.Dünya tәsәrrüfat fәaliyyәtinin әsas subyekti vә obyekti olan insanın, işçi qüvvәsinin hәyat fәaliyyәti birbaşa olaraq әrzaq tәminatından asılıdır.Qlobal miqyasda әrzaq istehsalı vә istehlakçı

Fields of Study & Subjects

Agricultural Development and Policies Food Security and Socioeconomic Dynamics Agricultural and Food Production Studies

Publication details

Journal / source
Civilization
Publication date
25 March 2026
Language
AZ