Aqrobiznesin xarakterik xüsusiyyətləri və onun inkişafına təsir edən amillər

Read full text Summarise with VIRAT

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

XülasәTәdqiqatın mәqsәdi -Aqrobiznesin xarakterik xüsusiyyәtlәrinin öyrәnilmәsi vә nәzәrә alınmasının hәmin biznes subyektlәrinin davamlı inkişafına tәsirinin aşkara çıxarılması tәdqiqatın mәqsәdidir.Tәdqiqatın metodologiyası -Tәdqiqat zamanı sistem vә kompleks yanaşmalardan, induksiya vә deduksiya metodlarından, marketinq müşahidәlәrindәn vә iqtisadi statistik tәhlildәn istifadә edilmişdir.Tәdqiqatın tәtbiqi әhәmiyyәti -Tәdqiqatda әksini tapmış tәklif vә tövsiyәlәrdәn biznes subyektlәrindә istifadә edilmәsi onların istehsal-satış fәaliyyәtlәrindә meydana çıxa bilәcәk risklәrin azaldılmasına vә belәliklә dә, hәmin biznes subyektlәrinin bazar fәaliyyәtinin davamlılığına şәrait yarada bilәr.Tәdqiqatın nәticәlәri -Aqrar istehsalla mәşğul olan biznes subyektlәrindә hәmin biznesin xarakterik xüsusiyyәtlәrinin kompleks vә sistemli şәkildә nәzәrә alınması әsasında onun tәşkili vә idarә edilmәsinә dair verilmiş tәkliflәr tәdqiqatın nәticәlәridir.Tәdqiqatın orijinallığı vә elmi yeniliyi -Aqrar istehsalla mәşğul olan biznes subyektlәrinin fәaliyyәtlәrinin davamlılığının tәmin edilmәsi probleminin hәllinә dair verilmiş tәkliflәr tәdqiqatın orijinallığı vә elmi yeniliyidir.Açar sözlәr: aqrar-әrzaq kompleksi, aqrobiznes, ailә tәsәrrüfatları, bazar fәaliyyәti, davamlı inkişaf.Giriş Mәlum oldğu kimi, aqrar-әrzaq kompleksinin kәnd tәsәrrüfatı mәhsulları istehsalçılarını istehsal vasitәlәri ilә tәchiz edәn, kәnd tәsәrrüfatı mәhsulları istehsal edilәn, hәmçinin emal vә qida sәnayesindә vә istehsal edilmiş mәhsulların saxlanılması vә istehlakçılara çatdırılması sahәlәrindә bizneslә mәşğul olan subyektlәrin hamısının fәaliyyәti aqrobiznesә aid edilir.Aqrobiznes kәnd tәsәrrüfatı xammalının istehsalı, onun emalı, saxlanılması, nәqli vә istehlakçılara çatdırılması proseslәrinin birlәşdirilmәsi nәticәsindә fәaliyyәt göstәrir.Aqrar-әrzaq kompleksinin yuxarıda sadalanan sahәlәrinin hәr birindә biznesin özünәmәxsus xüsusiyyәtlәri var vә hәmin xüsusiyyәtlәrin xarakterik cәhәtlәrini bilmәk müvәffәqiyyәtli bizneslә mәşğul olmağa imkan yaradır.Bu sahәlәr sırasında aqromәhsul istehsalı mәrkәzi vәsilә kimi özünü göstәrir, ona görә dә sözügedәn sahәdә biznesin xarakterik xüsusiyyәtlәrinin öyrәnilmәsi mühüm әhәmiyyәt kәsb edir. Aqrobiznesin xarakterik xüsusiyyәtlәriӘslindә aqrar istehsalda aqrobiznesin xarakterik xüsusiyyәti daha çox kәnd tәsәrrüfatı istehsalının xarakterik xüsusiyyәtlәrindәn irәli gәlir.Bu baxımdan aqrobiznesin xarakterik xüsusiyyәti kәnd tәsәrrüfatı istehsalının xarakterik xüsusiyyәti ilә qarşılıqlı әlaqәli vә yaxud başqa sözlә desәk, çulğalaşmış şәkildә öyrәnilmәlidir.Aqrobiznesin birinci әn mühüm xarakterik xüsusiyyәti bu sahәdә torpağın başlıca istehsal vasitәsi kimi istifadә edilmәsidir.Torpaq düzgün istifadә edildikdә istehsal prosesindәki başqa resurslardan fәrqli olaraq nәinki aşınmır, әksinә, onun keyfiyyәt xüsusiyyәtlәri daha da yaxşılaşa bilir vә istehsalın davamlı olmasına şәrait yaranır.

Fields of Study & Subjects

Agriculture and Agroindustry Studies Agricultural Development and Policies Agriculture Market Analysis Ukraine

Publication details

Journal / source
Civilization
Publication date
25 March 2026
Language
AZ