Qida istehsalçılarının rəqabət qabiliyyətinin artırılması: şərtlər və amillər

Read full text Summarise with VIRAT

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

Tәdqiqatın әsas mәqsәdi: Bu araşdırmanın әsas hәdәfi qida sәnayesi istehsalçılarının rәqabәt qabiliyyәtinin artırılmasına tәsir edәn şәrtlәri vә amillәri elmi әsaslarla müәyyәnlәşdirmәk, bu istiqamәtdә yerli vә beynәlxalq tәcrübәni tәhlil etmәk vә Azәrbaycanda tәtbiq edilә bilәcәk effektiv mexanizmlәri tәklif etmәkdir.Tәdqiqat metodologiyası: Tәdqiqat zamanı sistemli tәhlil, müqayisәli qiymәtlәndirmә, SWOT, Benchmarking vә Porter modeli kimi analitik yanaşmalar tәtbiq olunmuşdur.Statistika vә mәnbә әsaslı araşdırmalardan istifadә edilmәklә qida istehsalçılarının rәqabәt qabiliyyәtinә tәsir edәn amillәr qiymәtlәndirilmişdir. Mәlumatların tәhlilindә hәm kәmiyyәt, hәm dә keyfiyyәt metodları tәtbiq edilmişdir.Tәtbiqi әhәmiyyәt: Tәdqiqat nәticәlәri qida sәnayesindә fәaliyyәt göstәrәn istehsalçılar üçün strateji qәrarların verilmәsindә, dövlәt orqanlarının iqtisadi tәşviq vә inkişaf proqramlarının hazırlanmasında, hәmçinin yeni mәhsul vә bazar yönümlü innovativ yanaşmaların tәtbiqindә praktiki әhәmiyyәt daşıyır.Әldә edilәn nәticәlәr: Bu elmi iş nәticәsindә müәyyәn edilmişdir ki, texnologiya vә innovasiya sәviyyәsi rәqabәt qabiliyyәtinә mühüm tәsir göstәrir; kadr potensialı vә istehsal sәmәrәliliyi istehsal xәrclәrinә vә mәhsul keyfiyyәtinә bilavasitә tәsir edir; infrastruktur vә logistika imkanları mәhsulun bazara çıxışını vә ixrac potensialını müәyyәn edir; dövlәtin dәstәk proqramları sektorun inkişafı üçün әsas şәrtdir; analitik qiymәtlәndirmә modellәrinin (SWOT, Porter vә s.) tәtbiqi qәrarların optimallaşdırılmasında vacibdir.Orijinallıq vә elmi yenilik: Tәdqiqatın elmi yeniliyi ondan ibarәtdir ki, ilk dәfә olaraq Azәrbaycanın qida sәnayesindә rәqabәt qabiliyyәti müxtәlif ölkәlәrin tәcrübәlәri ilә müqayisәli şәkildә qiymәtlәndirilmiş vә institusional-strateji yanaşmalar әsasında analitik tәhlil aparılmışdır.Orijinal töhfә hәmçinin yerli istehsalçıların rәqabәt strategiyalarının formalaşdırılması üçün konkret qiymәtlәndirmә alәtlәrinin tәklif olunmasıdır. Açar sözlәr: rәqabәt qabiliyyәti, qida sәnayesi,

Fields of Study & Subjects

Global Trade and Competitiveness Agriculture and Agroindustry Studies Management and Organizational Practices

Publication details

Journal / source
Civilization
Publication date
25 March 2026
Language
AZ