Azərbaycan Respublikasının dayanıqlı və davamlı inkişafında makroiqtisadi sabitliyin rolu

Read full text Summarise with VIRAT

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

XülasәTәdqiqatın mәqsәdi dayanıqlı vә davamlı inkişafın tәmin edilmәsindә makroiqtisadi sabitliyin rolunun araşdırılması vә bu mәqsәdlә müvafiq tövsiyәlәrin verilmәsindәn ibarәtdir.Tәdqiqatın metodologiyası: Mәqalәdә statistik metodlar, analiz, ümumilәşdirmә metodlarından istifadә olunmuşdur.Tәdqiqatın tәtbiqi әhәmiyyәti: Mәqalәdә irәli sürülәn tövsiyәlәrin tәtbiqi ölkәdә dayanıqlı vә davamlı inkişafın tәmin edilmәsindә faydalı ola bilәr.Tәdqiqatın nәticәlәri: Dayanıqlı vә davamlı inkişafın tәmin edilmәsindә makroiqtisadi sabitliyin rolu vә әhәmiyyәti qeyd edilmiş vә bәzi tövsiyәlәr verilmişdir.Tәdqiqatın orijinallığı vә elmi yeniliyi.Ölkәmizin dayanıqlı vә davamlı inkişafı üçün makroiqtisadi sabitliyin tәmin edilmәsi yolları qeyd edilmişdir.Açar sözlәr: dayanıqlı vә davamlı inkişaf, valyuta ehtiyatları, manatın sabitliyi, işsizlik, yoxsulluq, inflyasiya, neft-qaz vә qeyri-neft sektoru.Giriş Dünyada baş verәn iqtisadi proseslәrә rәğmәn dayanıqlı vә davamlı inkişaf vә onun tәmin olunması problemlәri elmi dairәlәrin, tәdqiqatçıların vә dövlәtin daim diqqәt mәrkәzinә çevrilmişdir.Müasir dövrdә dayanıqlı vә davamlı inkişaf dövlәtin fәaliyyәtinin vә makroiqtisadi proseslәrin әsasını tәşkil edir.Hazırda ölkәmizin uzunmüddәtli sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq iqtisadiyyatın dinamik inkişafını vә rәqabәtqabiliyyәtliliyini yüksәltmәk dövlәtin qarşısında duran mühüm vәzifәlәrdәn biridir.Milli iqtisadiyyatın inkişaf etdirilmәsi mәqsәdilә respublikamızda reallaşdırılan iqtisadi siyasәt çәrçivәsindә dayanıqlı vә davamlı inkişaf, iqtisadiyyatın modernlәşdirilmәsi, makroiqtisadi sabitliyin möhkәmlәndirilmәsi vә qeyri-neft sektorunun inkişafı sahәsindә müxtәlif tәdbirlәr hәyata keçirilmişdir.Bu tәdbirlәrin icrası davamlı iqtisadi inkişafın tәmin edilmәsi üçün real zәmin yaratmışdır.Ölkәmizdә qeyri-neft sektorunun inkişafında kәnd tәsәrrüfatı, turizm, emal sәnayesi vә informasiya-kommunikasiya texnologiyalarının vә s. inkişafı prioritet tәşkil edir.Davamlı inkişaf ilk növbәdә cәmiyyәtdә yoxsulluğun vә işsizliyin azaldılmasını nәzәrdә tutur.BMT-nin tәşәbbüsü ilә 2000-ci ildә keçirilmiş "Minilliyin Forumu"nda yoxsulluğun azaldılması mәsәlәsinә xüsusi diqqәt verilәrәk davamlı inkişafın әsas meyarı kimi qiymәtlәndirilmişdir.İqtisadi inkişafın mühüm şәrtlәrindәn biri sәmәrәli investisiya siyasәtinin hәyata keçirilmәsindәn ibarәtdir.Bu baxımdan investisiyalar davamlı iqtisadi inkişafın tәmin olunmasının әsas vasitәlәrindәn biridir.Ölkәmizdә sәmәrәli investisiya siyasәtinin hәyata keçirilmәsi, investorların hüquqlarının qorunması, әlverişli investisiya mühitinin formalaşdırılması, makroiqtisadi sabitliyin tәmin edilmәsi sahәsindә görülәn tәdbirlәr investorların marağının tәmin edilmәsinә, xarici investorların cәlb edilmәsinә vә investisiya qoyuluşunun hәcminin artmasına şәrait yaratmışdır. ***Research methodology.The article uses statistical, analysis and generalization methods.Practical significance of the study.The implementation of recommendations provided in the article can be useful in ensuring sustainable and ongoing (continuous) development in the country.Research results indicate ways to ensure macroeconomic stability for the achievement of sustainable and ongoing development. Originality and scientific novelty of the study.The study highlights ways of ensuring macroeconomic stability for sustainable and ongoing development of our country. Keywords: sustainable and ongoing (continuous) development, foreign exchange reserves, stability of manat,

Fields of Study & Subjects

Socio-economic Development and Sustainability Business and Economic Development Sustainable Development and Environmental Policy

Publication details

Journal / source
Civilization
Publication date
25 March 2026
Language
TR