Azərbaycanın qlobal ticarət şəbəkəsində mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətləri

Read full text Summarise with VIRAT

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

Tәdqiqatın mәqsәdi -Azәrbaycan Respublikasının beynәlxalq nәqliyyat sistemini, logistika infrastrukturunu vә tranzit imkanlarını tәhlil etmәk, inkişaf etdirilmәsi üçün görülәn tәdbirlәri vә perspektivlәri tәqdim etmәkdir.Tәdqiqatın tәtbiqi әhәmiyyәti -Azәrbaycan Respublikasının strateji mövqeyi, beynәlxalq nәqliyyat dәhlizlәrindәki rolu vә tranzit potensialı ölkәnin iqtisadi, sosial vә geosiyasi inkişafına birbaşa tәsir edir.Beynәlxalq daşımalar sahәsindә qarşıya qoyulan vәzifәlәr Azәrbaycanın qlobal ticarәt sistemindә rolunu artırmaq, nәqliyyat vә logistika sahәsindә lider mövqeyә yüksәlmәk mәqsәdini daşıyır.Tәdqiqatın metodologiyası -Azәrbaycan Respublikasının beynәlxalq daşımalar sisteminin inkişaf etdirilmәsi istiqamәtindә aparılan araşdırmalar vә icra olunan layihәlәr spesifik metodoloji yanaşmalar tәlәb edir.Bu metodologiya, nәqliyyat infrastrukturunun tәkmillәşdirilmәsi, tranzit potensialının artırılması vә beynәlxalq ticarәtdә mövqeyin güclәndirilmәsi üçün hәrtәrәfli yanaşmanı tәmin edir.Tәdqiqatın nәticәlәri -Azәrbaycan Respublikasının beynәlxalq nәqliyyat vә logistika sistemindә apardığı islahatlar vә hәyata keçirdiyi layihәlәr ölkәnin bu sahәdә mühüm uğurlar әldә etmәsinә şәrait yaratmışdır.Geniş nәqliyyat infrastrukturunun qurulması, tranzit potensialının artırılması vә beynәlxalq standartlara uyğun xidmәtlәrin tәmin edilmәsi Azәrbaycanın qlobal nәqliyyat şәbәkәsindә әsas iştirakçılardan birinә çevrilmәsinә imkan tanıyır.Tәdqiqatın orijinallığı vә elmi yeniliyi -Azәrbaycan Respublikasının beynәlxalq nәqliyyat vә logistika sistemindә hәyata keçirdiyi tәdbirlәr vә layihәlәr ölkәnin qlobal ticarәt şәbәkәsindә mühüm bir mәrkәzә çevrilmәsinә şәrait yaratmışdır.Azәrbaycanın geosiyasi mövqeyi, Asiya vә Avropa arasında әhәmiyyәtli bir nәqliyyat körpüsü kimi yerlәşmәsi ölkәnin tranzit vә logistika sahәsindәki potensialını artırmışdır.Bu potensialın reallaşdırılması mәqsәdilә hәyata keçirilәn islahatlar beynәlxalq ticarәt әlaqәlәrinin genişlәnmәsi vә dünya bazarlarında mövqeyinin möhkәmlәnmәsi üçün strateji әhәmiyyәt kәsb edir.Açar sözlәr: beynәlxalq nәqliyyat sistemi, logistika infrastrukturu, tranzit potensialı, strateji mövqe, nәqliyyat dәhlizlәri, beynәlxalq daşımalar, iqtisadi inkişaf.Giriş Nәqliyyat hәyatımızda mühüm rol oynamaqla, onun iqtisadi, ictimai vә siyasi rolu böyükdür.O, dövlәtin iqtisadi bütövlüyünün tәmin edilmәsinә, regionlarda sosial-iqtisadi inkişaf potensialının artmasına, әhalinin rifah halının yüksәlmәsinә, ölkәnin bütün regionlarını bütövlüklә әlaqәlәndirmәsinә, biznes vә investisiya mühitinin formalaşmasına imkan yaradır.Nәqliyyat vasitәlәrinin kömәyi ilә xammal vә materiallar istehsala, istehsal olunan mallar isә istehlakçılara çatdırılır, iqtisadi әlaqәlәrin tәmin edilmәsindә mühüm әhәmiyyәt kәsb edir.Nәqliyyat modlarının kömәyi

Fields of Study & Subjects

Transport and Logistics Innovations Railways and European Transport Policy Global Politics and Economy

Publication details

Journal / source
Civilization
Publication date
25 March 2026
Language
AZ