Ölkələrin sosial-iqtisadi inkişafına açıq innovasiyanın təsiri: makro və mikrosəviyyədə tətbiq imkanları

Read full text Summarise with VIRAT

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

Tәdqiqatın mәqsәdi -açıq innovasiya modelinin ölkәlәrin sosial-iqtisadi inkişafına tәsirini hәm makro, hәm dә mikrosәviyyәlәrdә tәhlil etmәk vә bu modelin Azәrbaycan iqtisadiyyatı üçün tәtbiq imkanlarını müәyyәnlәşdirmәkdir.Metodologiya -Tәdqiqatda әsasәn nәzәri-analitik yanaşmadan istifadә edilmişdir.Beynәlxalq tәcrübәnin müqayisәli tәhlili aparılmış, Almaniya, ABŞ vә Cәnubi Koreya nümunәlәri әsasında praktik modellәr araşdırılmış vә Azәrbaycan üzrә mövcud statistik mәlumatlar әsasında qiymәtlәndirmә hәyata keçirilmişdir.Tәtbiqi әhәmiyyәti -Tәdqiqatda açıq innovasiya modeli yalnız texnoloji yenilik alәti kimi deyil, hәm dә strateji iqtisadi transformasiya vasitәsi kimi qiymәtlәndirilmişdir. Mәqalәdә Azәrbaycan üçün konkret siyasәt tövsiyәlәri vә inkişaf istiqamәtlәri tәklif olunmuş, bu da onun hәm elmi, hәm dә praktiki dәyәrini artırır.Tәdqiqatın nәticәlәri -açıq innovasiya modelinin iqtisadi sistemlәrin çevikliyini, rәqabәt qabiliyyәtini vә texnoloji tәrәqqisini artırdığını göstәrir.Әldә olunan nәticәlәr hәm elmi, hәm dә tәcrübi әhәmiyyәtә malikdir.Tәdqiqatın orijinallığı vә elmi yeniliyi ondan ibarәtdir ki, burada açıq innovasiya modeli ilk dәfә olaraq ölkә sәviyyәsindә iqtisadi transformasiya vasitәsi kimi tәqdim olunur vә Azәrbaycana uyğun konkret strateji tәtbiq mexanizmlәri irәli sürülür.Tәdqiqatda açıq innovasiya modelinin Azәrbaycan iqtisadiyyatında tәtbiqi imkanları ilk dәfә sistemli şәkildә hәm beynәlxalq tәcrübә, hәm dә milli göstәricilәr әsasında müqayisәli tәhlil edilmişdir. Açar sözlәr: açıq innovasiya, iqtisadi inkişaf, elmi-tәdqiqat vә inkişaf (R&D), startaplar, rәqәmsal transformasiya, innovasiya siyasәti. GirişMüasir dövrdә ölkәlәrin iqtisadi inkişaf strategiyaları yeni çağırışlarla qarşı-qarşıyadır.Әnәnәvi sәnaye modellәri vә tәktәrәfli istehsal yanaşmaları artıq öz effektivliyini itirәrәk, daha çevik, bilik әsaslı vә texnologiya yönümlü iqtisadi sistemlәrlә әvәz olunur.Bu transformasiyanın әsas mәrkәzindә isә innovasiya dayanır.İqtisadiyyatın rәqabәt qabiliyyәtini tәmin etmәk, dayanıqlı inkişafı tәmin etmәk vә yüksәk әlavә dәyәr yaratmaq üçün innovasiyanın davamlı şәkildә dәstәklәnmәsi vacibdir.Son illәrdә innovasiyaya yanaşmada diqqәtәlayiq bir dönüş yaşanmaqdadır.Әnәnәvi "qapalı innovasiya" modellәri -yәni yalnız daxili resurs vә biliklәrә әsaslanan tәdqiqat vә inkişaf metodları -öz yerini daha çevik vә әmәkdaşlıq әsaslı sistemlәrә, yәni açıq innovasiya modellәrinә verir.Bu modellәrdә ideyalar vә texnoloji hәllәr yalnız bir tәşkilat daxilindә deyil, müxtәlif tәrәfdaşlar, o cümlәdәn universitetlәr, fәrdi tәdqiqatçılar, startaplar vә hәtta rәqiblәrlә qarşılıqlı әmәkdaşlıq yolu ilә yaradılır vә bölüşdürülür.Açıq innovasiya anlayışı vә iqtisadi modellәrdә yeri.Müasir iqtisadi sistemlәrdә innovasiyanın rolu heç zaman bu qәdәr hәlledici olmamışdır.Qlobal rәqabәt, texnoloji inqilablar vә sürәtlә

Fields of Study & Subjects

Economic Development and Digital Transformation Regional Economic Development and Innovation Economic and Technological Developments in Russia

Publication details

Journal / source
Civilization
Publication date
25 March 2026
Language
AZ