Azərbaycan Respublikasında sosial müdafiənin formalaşmasının əsas xüsusiyyətləri

Read full text Summarise with VIRAT

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

XülasәTәdqiqatın mәqsәdi -Azәrbaycan Respublikasında sosial müdafiәnin xronoloji inkişafının prioritetlәrini nәzәrdәn keçirmәklә sosial müdafiәnin perspektiv sistemli inkişafı mәqsәdilә tәdqiqatlarda hәmin prioriet istiqamәtlәr üzrә sosial müdafiәnin tәşkili vә idarә olunmasında dәyәrlәndirilmәmiş olaraq qalan vә tәkmillәşdirilmәyә ehtiyac olan tәnzimlәmә obyektlәrinin vә elementlәrinin müәyyәn edilmәsi üçün konseptual әsasların möhkәmlәndirilmәsidir.Tәdqiqatın metodologiyası -Tәdqiqat sahә üzrә idarәetmә sәviyyәsindә sosial müdafiәnin tәşkilinin tәkmillәşdirilmәsi istiqamәtindә tәtbiq edilmiş başlıca qanunvericilik islahatları vә strateji dövlәt proqramlarının tәdqiqinә söykәnmәklә müәllif dәyәrlәndirilmәlәr müstәvisindә ümumi elmi tәhlil metodlarına әsaslanır.Tәdqiqatın nәticәlәri -Azәrbaycanda sosial müdafiәnin inkişafında sistemli sosial müdafiәnin tәmin olunması istiqamәtindә retrospektiv әsasda müәyyәnlәşdirilmiş hәdәflәrә nәzәrәn yaxın perspektivdә tәkmillәşdirilmәsi tәlәb olunan sosial müdafiә komponentlәrinin mәnzәrәsini formalaşdırır.Tәdqiqatın tәtbiqi әhәmiyyәti -Tәdqiqat çıxarılan әsas nәticәlәr nәzәrә alınmaqla növbәti perspektivdә sosial müdafiәnin sistemli inkişafının tәmin olunması üçün tәkmillәşdirilmәyә ehtiyac olan hәlqәlәrin idarәetmә sәviyyәsindә nәzarәtә götürülmәsi üçün nәzәri-praktiki әhәmiyyәtlidir.Tәdqiqatın orijinallığı vә elmi yeniliyi -mәqalә Azәrbaycanda sosial müdafiәnin tarixәn inkişafında sosial müdafiә mexanizmlәrinin әhalinin rifahının tәmin olunmasındakı rolu vә sahәlәrarası әlaqәlәrin iqtisadi motivi öyrәnilmәklә, daha optimal islahatlılıq mühitinin formalaşması üçün strateji baxış formalaşdırır.Açar sözlәr: sosial müdafiә, sosial müdafiәnin tәşkili, sosial müdafiәnin idarә olunması, sosial müdafiәnin komponentlәri, sosial müdafiәnin tәkmillәşdirilmәsi. GirişMüasir şәraitdә sosial müdafiә sahәsi sosial siyasәtin iqtisadi müstәvidә hәyata keçirilmәsi istiqamәtlәrindәn bir olmaqla, dövlәt tәnzimlәnilmәsinin predmetidir.Dövlәtin sosial siyasәtinin çәrçivәlәri dә sosial müdafiәnin prioritetlәrinin müәyyәnlәşdirilmәsindә hәlledici rola malikdir.Sosial müdafiәnin tәşkili nәticәsi olaraq baş verәn inkişaf prosesinin özünün nәticәsindә sosial müdafiәnin lokal şәraitdә tәtbiqi tәcrübәsi formalaşır.Sosial müdafiәnin inkişafında tәtbiq edilәn islahatlılıq tәdbirlәrinin әsas istiqamәtlәri, әsas götürülәn dövlәt proqramları üzrә müәyyәn edilәn müddәtli inkişaf konturları sosial müdafiәnin retrospektiv yanaşmada tәşkili xüsusiyyәtlәrini ortaya çıxarır.

Fields of Study & Subjects

Social Policy and Reform Studies Public Administration and Governance Labor Law and Work Dynamics

Publication details

Journal / source
Civilization
Publication date
25 March 2026
Language
AZ