Məmmədova. Ailədə milli tərbiyənin formalaşmasının etno-psixoloji əsasları

Read full text
Cited by: 0

Abstract

национальное воспитание, этнопсихология, семейные ценности, национальная идентичность, социальная адаптация, культурное наследие Annotasiya.Ailənin psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onun etno-psixoloji aspektlərinin təhlili, gender rollarının formalaşması və ailədə tərbiyənin əhəmiyyəti mövcud tədqiqatın ən aktual məsələlərindən biridir.Ailə tərbiyəsi prosesində ortaya çıxan çətinliklərin təhlili isə tərbiyə metodlarının təkmilləşdirilməsi üçün yeni perspektivlər aça bilər.Tədqiqatın məqsədi, ailədə gender rollarının, tərbiyə prosesinin və etnik psixoloji hisslərin formalaşmasında oynadığı rolun öyrənilməsidir.Bu tədqiqatın nəzəri və praktiki əhəmiyyəti, tədqiqatın nəticələri ailə tərbiyəsi ilə məşğul olan mütəxəssislər, pedaqoqlar və psixoloqlar üçün praktiki əhəmiyyət daşıyır.Ailə tərbiyəsi sahəsində müasir yanaşmaların inkişaf etdirilməsi və gender rollarının tərbiyədə düzgün tətbiqi üçün faydalı olacaqdır.Tədqiqatın araşdırılmasında araşdırma metodları kimi sorğular, psixoloji testlər, fərdi və qrup müsahibələri, müşahidə və məqsədli psixoloji eksperimentlər istifadə oluna bilər.Aparılan tədqiqat təsdiqlədi ki, ailə tərbiyəsi etnik, psixoloji və sosial faktorlarla çoxsahəli bir prosesdir.Ailədə gender rollarının və etnik psixoloji hisslərin formalaşdırılması, ailənin harmoniyasını təmin edir və gələcək nəsillərin sosial və emosional sağlamlığını qoruyur.Müasir ailə tiplərində tərbiyə prosesinin yenidən qurulması və ənənəvi dəyərlərlə müasir yanaşmaların balanslaşdırılması, ailədaxili münasibətlərin möhkəmləndirilməsində və cəmiyyətin sosial rifahının qorunmasında mühüm rol oynayır.

Fields of Study & Subjects

Child Development and Education Philosophy Sociology Political Theory Cultural Psychoanalytic and Sociopolitical Reflections

Publication details

Journal / source
Applied and Computational Mathematics
Publication date
26 February 2026
Language
AZ