9. Oktay Rzayev. İdmançılarda şəxsi gigiyenaya düzgün yanaşmanın aşılanması məsələləri

Read full text
Cited by: 0

Abstract

Annotasiya.Məqalədə şəxsi gigiyena qaydalarının cüdo ilə məşğul olan idmançılarda sağlamlıq, fiziki hazırlıq və məşq fəaliyyətinin səmərəliliyi üzərindəki rolu araşdırılmışdır.Tədqiqat göstərir ki, şəxsi gigiyena -bədənin, dəri örtüyünün, saçların, dırnaqların və ağız boşluğunun müntəzəm təmizliyi -idmançının funksional vəziyyətinə, fiziki dözümlülüyünə və xəstəliklərə qarşı müqavimətinə müsbət təsir göstərir.Yuxu rejiminin düzgün təşkili idmançının orqanizminin bərpasında və fiziki yüklənmələrə uyğunlaşmasında həlledici rol oynayır; yuxunun keyfiyyəti pozulduqda orqanizmin gərginliyə davamlılığı azalır və məşq prosesinin effektivliyi zəifləyir.Araşdırmada bədənin möhkəmləndirilməsi vasitələri kimi günəş, hava və su prosedurlarının sistemli və mərhələli tətbiqi xüsusi əhəmiyyət kəsb edir.Bu metodlar idmançıların soyuqdəymə və digər xəstəliklərə qarşı müqavimətini artırır, orqanizmin ümumi sağlamlıq göstəricilərini yaxşılaşdırır.Tədqiqatda elmi-nəzəri təhlil, müqayisəli-təhlil, ümumiləşdirmə və pedaqoji təhlil metodlarından istifadə olunmuş, həmçinin idman geyimlərinin və ayaqqabıların gigiyenik tələblərə uyğun seçilməsi, onların təmiz və saz vəziyyətdə saxlanması idmançıların sağlamlığı və etik davranış baxımından qiymətləndirilmişdir. Nəticələr göstərir ki, cüdo idman növünün xüsusiyyətləri, xüsusilə məşq və yarışların ayaqyalın keçirilməsi, şəxsi gigiyena və bədənin möhkəmləndirilməsi tədbirlərinə ciddi yanaşmanı zəruri edir.Sistemli gigiyena qaydalarına əməl edilmə idmançının fiziki hazırlığının yüksəldilməsinə, xəstəlik risklərinin azaldılmasına və məşq prosesinin davamlılığının təmin olunmasına mühüm töhfə verir. Issues of applying correct approach to personal hygiene on athletes

Fields of Study & Subjects

Martial Arts: Techniques Psychology and Education Physical Education and Training Studies Human Health and Disease

Publication details

Journal / source
Applied and Computational Mathematics
Publication date
26 February 2026
Language
AZ