Aslanova. İbtidai təhsil mühitində xüsusi qayğıya ehtiyacı olan uşaqlara yanaşma və işin təşkili prinsipləri

Read full text
Cited by: 0

Abstract

Ключевые слова: инклюзивное образование, дети с особыми образовательными потребностями, индивидуальное обучение, адаптивные методы, социальная и эмоциональная поддержка Annotasiya.Məqalədə ibtidai təhsil pilləsində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işin təşkili və inklüziv pedaqoji yanaşmaların tətbiqi araşdırılmışdır.Müasir təhsil sistemi beynəlxalq standartlara əsaslanaraq inklüziv təhsili prioritet istiqamət kimi müəyyən edir və bu, bütün uşaqların, o cümlədən xüsusi ehtiyacı olanların bərabər təhsil imkanlarına malik olmasını təmin edir.Tədqiqatda ibtidai sinif müəllimlərinin fərdi uşaqların inkişaf xüsusiyyətlərini nəzərə alaraq adaptiv metodlar tətbiq etməsi, sosial və emosional dəstək verməsi, valideynlərlə əməkdaşlıq etməsi və innovativ texnologiyalardan istifadə etməsi vacib amillər kimi müəyyən edilmişdir.Məqalədə inklüziv təhsilin yalnız pedaqoji nəticələrə deyil, həm də sosial ədalətin təmininə, uşaqların sosial adaptasiyasına və cəmiyyətin inklüziv dəyərlərə əsaslanan inkişafına töhfə verdiyi göstərilmişdir.Tədqiqatın material bazasını yerli və xarici alimlərin elmi əsərləri, beynəlxalq təşkilatların metodik tövsiyələri və normativ sənədlər təşkil etmişdir.Nəticələr göstərir ki, inklüziv pedaqoji yanaşmaların tətbiqi uşaqların fərdi inkişafını gücləndirir, təhsil prosesinə aktiv cəlb olunmasını təmin edir və onların gələcək sosial inteqrasiyasını asanlaşdırır.Məqalədə həmçinin inklüziv təhsilin praktikada qarşılaşdığı çağırışlar -müəllim hazırlığının aşağı olması, maddi-texniki imkanların məhdudluğu və valideyn maarifləndirilməsi çatışmazlıqları -qeyd edilmiş və həll yolları tövsiyə olunmuşdur. Pedagogical approaches and principles of organizing educational work with children in need of special care in the primary educational mediumAbstract.İn the article the organization of educational work with children in need of special care at the primary educational level and the application of inclusive pedagogical approaches were searched.Modern education system based on international standards, identifies inclusive education as an essential direction ensuring equal educational opportunities for all children, including children possessing special needs as well.İn the study key factors such as implementation of adaptive teaching methods by primary school teachers considering individual development characteristics of children were determined, the provision of social and emotional support, collaboration with parents and the use of innovative technologies.İn the article it was stated that, inclusive education contributes not only pedagogical outcomes, but also the promotion of social justice, children's social adaptation, and the development of society based on inclusive values.To the material base of the study include scientific works by local and international scholars, methodological recommendations of international organizations and normative documents.The results indicate that, the application of inclusive pedagogical approaches enhances children's individual development, ensures their active participation in the educational process and facilitates their future social integration.İn the article practical challenges faced in inclusive education, such as insufficient teacher training, limited material-technical resources and lacks in enlightening parents were also stated and solving ways were recommended.

Fields of Study & Subjects

Inclusive Education and Diversity Collaborative Teaching and Inclusion Psychology of Development and Education

Publication details

Journal / source
Applied and Computational Mathematics
Publication date
26 February 2026
Language
AZ