Heydərova. Pedaqoji qiymətləndirmənin xüsusiyyətlərinə dair

Read full text
Cited by: 0

Abstract

Annotasiya.Bu tədqiqatın məqsədi ümumtəhsil məktəblərində şagird nailiyyətinin qiymətləndirilməsində keyfiyyət metodlarının tətbiqinin effektivliyini araşdırmaqdır.Pedaqoji qiymətləndirmə şagirdlərin öyrənmə prosesini dərindən başa düşməyə, onların tənqidi düşünmə, yaradıcılıq, problem həll etmə və motivasiya kimi bacarıqlarını inkişaf etdirməyə yönəlmiş sistematik prosesdir.Tədqiqat çərçivəsində sinif müşahidələri, layihələr və portfellərin təhlili, müəllim və şagird müsahibələri, eləcə də fokus qruplar vasitəsilə məlumatlar toplanmışdır.Şagird nailiyyətinin qiymətləndirilməsi diaqnostik, formativ və yekun prinsiplərə əsaslanmışdır.Nəticələr göstərir ki, keyfiyyət metodları şagirdlərin güclü və zəif tərəflərini aşkarlamağa, tədris prosesində məqsədyönlü təkmilləşdirmələr etməyə və təhsilalanlar üçün cəlbedici, effektiv öyrənmə mühiti yaratmağa imkan verir.Beləliklə, keyfiyyət metodlarının tətbiqi pedaqoji qiymətləndirmənin əsas elementi olaraq təhsil prosesinin davamlı inkişafına, proqramların optimallaşdırılmasına və şagirdlərin şəxsi və akademik inkişafının təmin edilməsinə mühüm töhfə verir.

Fields of Study & Subjects

Student Assessment and Feedback Educational Assessment and Pedagogy Educational Research and Methods

Publication details

Journal / source
Applied and Computational Mathematics
Publication date
26 February 2026
Language
AZ