1. Elşən Məmmədov, Röyal Abbasov. Təhsil müəssisələrində informatika fənninin hibrid tədris modellərinin tətbiqinə dair

Read full text
Cited by: 0
References: 1

Abstract

Ключевые слова: гибридное обучение, информатика, цифровое образование, дистанционное обучение, модели обучения Annotasiya.XXI əsrdə informasiya-kommunikasiya texnologiyaları (İKT) təhsil sistemində əsas hərəkətverici qüvvəyə çevrilmişdir.Müasir təhsil yalnız bilik ötürülməsi ilə məhdudlaşmır, həm də təhsilalanların analitik düşünmə, problem həll etmə, yaradıcılıq və rəqəmsal bacarıqlarının inkişafını prioritetləşdirir.Bu baxımdan ənənəvi və distant tədrisin üstün cəhətlərini birləşdirən hibrid tədris modelləri innovativ və çevik yanaşma kimi diqqət çəkir.İnformatika fənnində bu model nəzəri biliklərin onlayn platformalarda mənimsənilməsini, praktiki bacarıqların isə sinif və virtual laboratoriya şəraitində formalaşdırılmasını təmin edir.Tədqiqatın material bazası Azərbaycan Respublikasındakı orta məktəb və ali təhsil müəssisələrinin informatika fənni üzrə təhsilalanları olmuşdur.Metodoloji baxımdan həm keyfiyyət, həm də kəmiyyət yanaşmalarından istifadə edilmiş, dərslərin müşahidəsi, tələbələrin fəallığı, əməkdaşlıq bacarıqları və layihə əsaslı tapşırıqlar qiymətləndirilmiş, sorğular və testlər vasitəsilə nəzəri bilik və praktik bacarıqların nəticələri statistik təhlil edilmişdir.Həmçinin video mühazirələr, elektron dərsliklər və onlayn proqramlaşdırma mühitləri tədris materialı kimi istifadə olunmuşdur.Nəticələr göstərir ki, hibrid tədris modeli tələbələrin dərslərdə iştirakını artırır, akademik göstəricilərini yaxşılaşdırır, öyrənmə motivasiyasını yüksəldir və müəllimlərin dərs hazırlığını səmərəli edir.Model həm nəzəri, həm də praktik bacarıqların inkişafına, kommunikativ və əməkdaşlıq vərdişlərinin formalaşmasına şərait yaradır.Beləliklə, hibrid tədris informatika fənnində müasir təhsil sisteminin inkişafı və rəqəmsal texnologiyaların inteqrasiyası baxımından effektiv yanaşma hesab olunur.

Fields of Study & Subjects

Online and Blended Learning Educational Technology and E-Learning Innovative Educational Technologies

Publication details

Journal / source
Applied and Computational Mathematics
Publication date
26 February 2026
Language
AZ