Əliyeva. Ümumtəhsil məktəblərinin yuxarı siniflərdə riyazi analiz elementlərinin tədrisinin bəzi aktual məsələləri

Read full text
Cited by: 0

Abstract

Annotasiya.Müstəqil Azərbaycan Respublikasında təhsil sahəsində aparılan islahatlar, xüsusilə riyaziyyat fənninin tədrisi, şagirdlərin analitik düşüncə qabiliyyətinin inkişafı və riyazi bacarıqlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.Orta məktəbdə öyrədilən "Cəbr və analizin başlanğıcı" kursu şagirdlərin limit, kəsilməzlik, törəmə, inteqral və funksiyaların təhlili kimi riyazi anlayışlarla tanış olmasına imkan verir.Tədqiqatın əsas məqsədi orta məktəb riyazi analiz kursunda öyrədilən anlayışların -çoxluqlar, funksiyalar, limit, kəsilməzlik, törəmə, inteqral -şagirdlər tərəfindən dərindən mənimsənilməsini təmin etmək, onların nəzəri biliklərini praktik bacarıqlarla birləşdirmək və fənlərarası əlaqələrin formalaşmasını araşdırmaqdır.Tədqiqat həm keyfiyyət, həm də kəmiyyət yanaşmalarını əhatə etmişdir.Keyfiyyət yanaşması çərçivəsində dərs müşahidələri, qrup müzakirələri və şagirdlərin problem həll etmə bacarıqları qiymətləndirilmişdir. Kəmiyyət yanaşması isə sorğu və test üsulları vasitəsilə aparılmış, şagirdlərin limit, kəsilməzlik və funksiyaların təhlili üzrə bilik səviyyəsi ölçülmüşdür.Beləliklə, riyazi analiz kursu şagirdlərə həm nəzəri, həm də praktik baxımdan riyazi bacarıqları inkişaf etdirməyə, fənlərarası əlaqələri düzgün araşdırmağa və riyaziyyatın tətbiqi sahələrini anlamağa imkan yaradır. Some actual issues in teaching elements of mathematical analysis in upper grades of secondary schoolsAbstract.Educational reforms carried in the educational field of the independent Republic of Azerbaijan, particularly the teaching of mathematics, play a crucial role in developing students' analytical thinking and formation of mathematical skills.The course of "Algebra and beginning of analysis" allows students to become familiar with key mathematical concepts such as limits, continuity, derivatives, integral and function analysis.The main objective of the study is to ensure students to understand the concepts taught in the mathematical analysis course -sets, functions, limits, continuity, derivatives and integral at the secondary school deeply, while integrating their theoretical knowledge with practical skills and exploring the formation of interdisciplinary connections.The research covered both qualitative and quantitative approaches.Within the qualitative approach, classroom observations, group discussions, and students' problem-solving skills were evaluated.The quantitative approach involved surveys and tests to measure students' knowledge of limits, continuity and function analysis.Thus, mathematical analysis course enables students to develop both theoretical and practical mathematical skills, investigate interdisciplinary relationships taught at the secondary schools correctly and understand the application branches of mathematics.

Fields of Study & Subjects

Mathematics Education and Teaching Techniques Mathematics Education and Pedagogy Mathematics Education and Programs

Publication details

Journal / source
Applied and Computational Mathematics
Publication date
26 February 2026
Language
AZ