İbtidai təhsildə informatika və riyaziyyat fənlərin inteqrativ təlim modelinə dair bəzi mülahizələr
Abstract
Ключевые слова: начальные классы, интеграция предметов, учебные достижения учащихся, цифровая компетентность Annotasiya.Bu tədqiqatın məqsədi ibtidai siniflərdə riyaziyyat və informatika fənlərinin inteqrativ təlim modelinin tətbiqini araşdırmaq, müəllimlərin rəqəmsal texnologiyalardan istifadəsini və şagirdlərin bilik, bacarıq və rəqəmsal səriştələrinin inkişaf səviyyəsini qiymətləndirmək olmuşdur.Araşdırma Naxçıvan şəhərinin 7, 12 və 17 №-li tam orta məktəblərində aparılmış, ümumilikdə 95 şagird və 9 ibtidai sinif müəllimi tədqiqat çərçivəsində müşahidə və sorğulara cəlb olunmuşdur.Tədqiqatın metodologiyasına dərs müşahidələri, müəllim və şagird sorğuları, həmçinin müqayisəli və statistik təhlil üsulları daxildir.Müşahidələr dərslərin gedişi zamanı şagirdlərin fəallığını, müəllimlərin pedaqoji yanaşmalarını və rəqəmsal vasitələrdən istifadə səviyyəsini qiymətləndirməyə imkan vermişdir.Sorğular isə müəllim və şagirdlərin inteqrativ təlim modelinə münasibətini və onun öyrənmə nəticələrinə təsirini müəyyənləşdirmişdir.Nəticə olaraq, ibtidai təhsil səviyyəsində riyaziyyat və informatika fənlərinin inteqrasiyası şagirdlərin idrak fəaliyyətinin gücləndirilməsi, məntiqi təfəkkürünün inkişafı və rəqəmsal savadlılığının formalaşdırılması baxımından səmərəli bir pedaqoji yanaşma kimi qiymətləndirilə bilər.Bu inteqrativ modelin geniş tətbiqi təhsilin keyfiyyətinin yüksəldilməsinə və müasir təlim tələblərinə uyğun mütəxəssis hazırlığına töhfə verə bilər. Some considerations on the integrative teaching model of informatics and mathematics in primary educationAbstract.The objective of this study was to investigate the application of the integrative teaching model of mathematics and informatics in primary grades, to assess use of digital technology by teachers and the level of development of pupils knowledge, skills and digital competences.The study was conducted at secondary schools № 7, 12 and 17 of the Nakhchivan city, 95 classes and 9 primary class teachers were involved in the observation and surveys.The methodology of the study includes class observation, teacher and pupil surveys, as well as comparative and statistical analysis methods.Observations allowed to assess the activity of pupils during lessons, pedagogical approaches of teachers and the usage level of digital tools.Surveys defined the attitude of teachers and pupils to integrative teaching model and its impact on learning outcomes were obtained.Consequently, the integration of mathematics and informatics on primary educational level can be assessed as an effective pedagogical approach from the point of view like strengthening cognitive activity of pupils, developing logical thinking and forming digital literacy.The widespread application of this integrative model can contribute the quality of education improvement and training of specialists in accordance with modern teaching requirements.
Fields of Study & Subjects
Education and Technology Integration
Mathematics Education and Teaching Techniques
Digital literacy in education
Publication details
- Journal / source
- Applied and Computational Mathematics
- Publication date
- 26 February 2026
- Language
- AZ