İmanlı. Xarici dilin tədrisində ənənəvi metodlardan istifadənin üstün və mənfi cəhətləri

Read full text
Cited by: 0

Abstract

обучение иностранному языку, традиционные методы, современные подходы, грамматика, коммуникативные навыки, педагогическая эффективность, стратегии обучения, методологический анализ, языковое образование, образовательные инновации Annotasiya.Bu tədqiqatın əsas məqsədi xarici dilin tədrisində ənənəvi metodların rolunu sistemli şəkildə müəyyənləşdirmək, onların üstün və məhdud cəhətlərini dəyərləndirmək və müasir təlim tələbləri kontekstində effektivliyini qiymətləndirməkdir.Araşdırmada nəzəri-təhlili və müqayisəli metodlardan istifadə olunmuşdur.Tədqiqat çərçivəsində ənənəvi və müasir metodların pedaqoji effektivliyi müvafiq ədəbiyyat mənbələri, elmi təhlil və təcrübə nəticələri əsasında araşdırılmışdır.Ənənəvi metodlar, xüsusilə qrammatika, tərcümə və yazılı bacarıqların möhkəmlənməsində yüksək nəticə göstərsə də, ünsiyyət, dinləmə, danışıq və yaradıcılıq yönümlü bacarıqların inkişafında məhdud təsir göstərir.Eyni zamanda, müasir kommunikativ və interaktiv metodlarla inteqrasiya olunduqda, bu metodların potensialı daha səmərəli şəkildə reallaşdırıla bilər.Tədqiqat nəticələri göstərir ki, xarici dil müəllimləri üçün ənənəvi və müasir metodların sistemli və balanslaşdırılmış şəkildə seçimi tədris strategiyalarının optimallaşdırılmasına, dərs prosesinin effektivliyinin artırılmasına və şagirdlərin fərdi öyrənmə xüsusiyyətlərinin nəzərə alınmasına imkan verir.Tədqiqat, həmçinin müəllimlərin dərs planlamasında metodların məqsədyönlü kombinasiyası və şagirdlərin bilik, bacarıq və motivasiyasının artırılması üçün praktik tövsiyələr təqdim edir.Ümumilikdə, bu iş xarici dilin tədrisində ənənəvi və müasir metodların inteqrasiyasını qiymətləndirməklə pedaqoji prosesin səmərəliliyini yüksəltmək və öyrənmə nəticələrini optimallaşdırmaq məqsədini güdür. About the advantages and disadvantages of using traditional methods in foreign language teachingAbstract.The main purpose of this study is to identify systematically the role of traditional methods in foreign language teaching, to evaluate their advantages and limitations and to assess their effectiveness in the context of modern educational requirements.İn the research theoretical-analytical and comparative methods were used.İn the study, the pedagogical effectiveness of traditional and modern methods were searched on the basis of relevant literature sources, scientific analysis and practical outcomes.Although traditional methods demonstrate high effectiveness, particularly in strengthening grammar, translation and writing skills, they have a limited impact on the development of communication, listening, speaking and creativity-oriented skills.At the same time, when integrated with modern communicative and interactive methods, the potential of traditional approaches can be realized more efficiently.The outcomes of research indicate that, a systematic and balanced selection of traditional and modern methods enables foreign language teachers to optimize teaching strategies, increase the effectiveness of the educational process and take into account individual learning characteristics of learners.The study also provides practical recommendations for the purposeful combination of methods in lesson planning and for enhancing students' knowledge, skills, and motivation.İn general, this research aims to improve the effectiveness of the pedagogical process and optimize learning outcomes in foreign language teaching by evaluating the integration of traditional and modern methods.

Fields of Study & Subjects

Foreign Language Teaching Methods EFL/ESL Teaching and Learning Education Innovation and Language Studies

Publication details

Journal / source
Applied and Computational Mathematics
Publication date
26 February 2026
Language
AZ