Azərbaycan ailəsində ailədaxili münasibətlərin formalaşmasının psixoloji əsasları

Read full text
Cited by: 0

Abstract

азербайджанская семья, семейное воспитание, современная семья, семейные ценности, этнокультурные особенности Annotasiya.Məqalədə Azərbaycan ailə modelində ailədaxili münasibətlərin psixoloji əsasları araşdırılmış, bu münasibətlərin formalaşmasında mədəniyyət, ənənə, sosial dəyişikliklər və fərdi psixoloji amillərin rolu təhlil olunmuşdur.Məqalədə valideyn-övlad, ər-arvad və digər ailə üzvləri arasındakı münasibətlərin qarşılıqlı təsiri, emosional bağların inkişafı və müasir dövrdə bu münasibətlərə təsir edən psixoloji amillər diqqət mərkəzinə çəkilmişdir.Araşdırmanın nəticələri ailə psixologiyasının inkişafına və münasibətlərin sağlam təməllər üzərində qurulmasına töhfə verir.Məqalənin əsas məqsədi Azərbaycan ailələrində ailədaxili münasibətlərin formalaşmasına təsir edən psixoloji amilləri araşdırmaq, bu münasibətlərin sosial və emosional dinamikasını anlamaq və sağlam ailə münasibətlərinin inkişafı üçün elmi əsaslandırılmış tövsiyələr təqdim etməkdir.Tədqiqat zamanı psixoloji müşahidə, elmi ədəbiyyatların təhlili, anket və sorğu üsullarından istifadə olunmuşdur.Araşdırma nəticələri göstərir ki, Azərbaycan ailələrində ailədaxili münasibətlər əsasən ənənəvi dəyərlərə əsaslanır, lakin müasirlik təsiri ilə dəyişikliklər baş verir.Sağlam ailədaxili münasibətlərin formalaşması üçün psixoloji maarifləndirmə və ailə psixoloqlarının dəstəyi önəmlidir.Nəzəri baxımdan, məqalə ailə psixologiyası sahəsində elmi biliklərin zənginləşdirilməsinə töhfə verir.Praktik baxımdan isə, psixoloqlar, pedaqoqlar, sosial işçilər və valideynlər üçün ailədaxili münasibətləri düzgün qurmaq və inkişaf etdirmək üçün faydalı ola biləcək tövsiyələr təqdim edir. Psychological bases of the inter-family relationships formation in the Azerbaijani family

Fields of Study & Subjects

Family Dynamics and Relationships Philosophy Sociology Political Theory Attachment and Relationship Dynamics

Publication details

Journal / source
News of Nakhchivan Teacher s Institute
Publication date
27 February 2026
Language
AZ