. Azərbaycan nağıllarında Şah Abbasa münasibət məsələsinə dair

Read full text
Cited by: 0

Abstract

Ключевые слова: Шах Аббас, сказка, народное отношение, справедливый шах, реальность Annotasiya.Məqalədə Azərbaycan nağıllarında Şah Abbasa olan xalq münasibətinin müsbət və mənfi cəhətləri öyrənilir.Sovet dövründə şahlara, xanlara mənfi münasibət aşılanmışdı.Nəticədə araşdırmalar sovet ideologiyasının təsirindən çox da kənara çıxa bilməmişdi.Bu da Şah Abbasla bağlı araşdırmaların düzgün aparılmasına o qədər imkan verməmişdi.Xalq həmişə adil və ədalətli hökmdarların hakimiyyətində olmasını arzulamışdır.Nağıllarda Şah oğlu Şah Abbas əsasən xalqla yaxın, ağıllı və ədalətli şah kimi təsvir olunur."Şah Abbasla kəndli qızı", "Qızıl təsbeh", "Şahın tədbiri", "Ağıllı gəlin", "Qoca və uşaq", "Həsən Qara" kimi nağıllar şahın xeyirxah, tədbirli və rəiyyət qeydinə qalan obrazını göstərir.Məqalədə Şah Abbasa xalq münasibətinin səbəbləri tarixi mənbələrə və keçmiş araşdırmalara əsasən öyrənilməyə çalışılmışdı.Bəzi qeyri-elmi yanaşmalara aydınlıq gətirilmiş, məsələnin elmi həllinə çalışılmışdı.Aydın olur ki, nağıllarda Şah Abbasa daha çox müsbət, bəzən də mənfi münasibət bəslənməsi sabiq şahın fəaliyyətinin bir çox məqamları ilə səsləşir.Tarixdə Şah Abbasın sərt, qəddar tədbirlərilə yanaşı, xeyirxah, ədalətli, qurucu fəaliyyəti daha çox olmuşdu.Bunlara görə Şah Abbas xalq

Fields of Study & Subjects

Folklore Mythology and Literature Studies Cultural and Sociopolitical Studies Historical Literary and Cultural Studies

Publication details

Journal / source
News of Nakhchivan Teacher s Institute
Publication date
27 February 2026
Language
AZ