Tənliklərin təqribi üsullarla həll edilməsinin əhəmiyyəti haqqında
Abstract
Нахчыванский институт учителей Магистрант Э-почта: Ключевые слова: уравнение, точное решение, приближённое решение, абсолютная ошибка, относительная ошибка, вычислительная ошибка, методы приближённого решения Annotasiya.Bütün elmlər, eləcə də riyaziyyat müəyyən sistemlərə və qanunlara əsaslanaraq inkişaf edir.Riyaziyyatın bir çox mühüm bölmələri vardır ki, bu bölmələrin hər birinin riyaziyyat elmində xüsusi yeri vardır.Belə mühüm bölmələr arasında tənlik anlayışı və onun hissələri böyük əhəmiyyət kəsb edir.Məlumdur ki, tənlikləri həll edərkən elə tip misallara rast gəlirik ki, onların analitik həllini tapmaq mümkün olmur.Belə tənliklərin həll edilməsi təqribi həll üsullarından istifadə etməklə aparılır.Tənliklərin təqribi üsullarla həllinin öyrədilməsinin mühüm didaktik əhəmiyyəti vardır.Bu məqsədlə tənliklərin təqribi həll üsullarının şagirdlərin bilik və bacarıqlarına təsirinin rolunun əhəmiyyətielmi-nəzəri və praktik cəhətdən əsaslandırılmalı,təqribi həll üsullarının tətbiqi zamanı rast gəlinən xətaların aradan qaldırılması yolları araşdırılmalıdır.Bu isə mövzunun aktual olmasını göstərir.Məqalənin məqsədi ümumtəhsil məktəblərində tənliklərin təqribi həll üsullarının öyrənilməsi, əldə edilən biliklərin praktiya tətbiq edilməsi, alınan biliklərin sistemləşdirilməsinə və keyfiyyətin artırılmasına şərait yaratmaqdır.Metodlar: tədqiqat zamanı analiz və sintez, müşahidə, riyazi statistik metodlardan istifadə edilmişdir.Praktik və nəzəri əhəmiyyəti: ümumtəhsil məktəblərində riyaziyyat təlimində tənliklərin təqribi həll üsullarının öyrədilməsi üçün bilik və bacarıqların inkişafına əsaslı təsir göstərəcək və bu prosesdə əldə edilən biliklər həm şagirdlərə, həm də müəllimlərə kömək olacaqdır.Nəticə: orta məktəblərdə riyaziyyat kursunun tədrisində tənliklərin təqribi üsullarla həlli metodik cəhətdən daha əlverişli yolları müəyyən edir, şagirdlərin məntiqi təfəkkürünün inkişafında, əlaqələndirmə bacarıqlarının və məntiqi mühakimə yürütmə qabiliyyətlərinin inkişaf etməsində mühüm rol oynayır və yalnız standart məsələlərə deyil, həm də praktik əhəmiyyətli məsələlərə tətbiq olunur.
Fields of Study & Subjects
Mathematical and Computational Methods
Iterative Methods for Nonlinear Equations
History and Theory of Mathematics
Publication details
- Journal / source
- News of Nakhchivan Teacher s Institute
- Publication date
- 27 February 2026
- Language
- AZ