Eyvazlı. “Sizi deyib gəlmişəm” əsərində Mirzə Cəlil ideyalarına müasir yanaşma
Abstract
Ключевые слова: народный писатель Анар, Мирза Джалил, азербайджанская литература, XX век, 60-е годы Annotasiya.Məqalədə Anarın "Sizi deyib gəlmişəm" pyesində Mirzə Cəlil ideyalarına müasir ədəbi yanaşma təhlil edilmişdir.Pyesdə Mirzə Cəlil obrazı, onun yaratdığı simvollar və "Molla Nəsrəddin" jurnalının personajları qarşılıqlı təsir vasitəsilə təqdim olunur.Anar mənəvi müəllimi Mirzə Cəlilin əsərlər toplusunun ruhunu qoruyaraq, XX əsrin əvvəllərindən 60-70-ci illərə qədər uzanan sosial və ideya mesajlarını yeni dramaturji priyomlarla oxucuya çatdırır.Hadisələrin dramatik inkişafı, obrazların dialoqları və son monoloqlar vasitəsilə xalqın cəhalətə, ədalətsizliyə və zülmə qarşı mübarizəsi, milli özünüdərk və sosial ədalət məsələləri ön plana çıxarılır.Pyesdə Anarın öz sözünün olmaması, lakin Mirzə Cəlilin əsərlərindəki ideyaların dolğun şəkildə işlənməsi intertekstual yanaşmanın əhəmiyyətini göstərir.Məqalədə həmçinin pyesin tarixi-konseptual konteksti, sosial-psixoloji aspektləri və dramatik struktur analizi təqdim edilmiş, Anarın Mirzə Cəlil irsinə sadiqliyi ilə yanaşı, ideya-məzmun yaxınlığını qoruyaraq milli-mənəvi dəyərləri yeni nəsillərə çatdırmaq bacarığı vurğulanmışdır.Nəticələr göstərir ki, "Sizi deyib gəlmişəm" əsəri yalnız keçmiş ədəbi irsin müasir oxucuya təqdimatı deyil, həm də milli-mənəvi, sosial və ideya baxımından ədəbiyyat tarixində xüsusi əhəmiyyətə malikdir.
Fields of Study & Subjects
Turkish Literature and Culture
Islamic Thought and Society Studies
Literature: history
themes
analysis
Publication details
- Journal / source
- News of Nakhchivan Teacher s Institute
- Publication date
- 27 February 2026
- Language
- AZ