AZƏRBAYCANDA VƏ DIGƏR ÖLKƏLƏRDƏ BULUD TEXNOLOGİYASININ TƏHLÜKƏSİZLİYİ
Abstract
Xülasə: Məqalədə Bulud texnologiyalarının təhlükəsizliyi müxtəlif ədəbiyyatlardan araşdırılmış və müqayisəli təhlili aparılmışdır.Nəticədə göstərilmişdir ki avropa ölkələrində Bulud texnologiyasından istifadə daha yararlıdır.Buna səbəb isə baxmayaraq ki, hələdə bəzi təhlükəsizlik üsullarının işlənilməsinə eytiyac var amma Azərbaycanla müqayisədə daha əlverişli təhlükəsizlik sistemləri işlənilmişdir.Açar sözlər.Bulud, təhlükəsizlik.Giriş.Müasir dövrdə bir çox fəaliyyət sahələrində müvəffəqiyyət qazanmağın əsas amillərindən biri böyük həcmdə verilənlər kütləsini və informasiya axınlarını emal etmək imkanı ilə bağlıdır [2].Texnologiyanın inkişafı nətcəsində informasiyanın saxlanılması, qorunması, və bəzən əldə olunması çox çətinləşir.Bu kimi problemlərin qarşısını almaq üçün təhlükəsizlik sistemləri yaradılmış və bu sahədə yeniliklər əldə olunmuşdur.Azərbaycanda istifadə olunan təhlükəsizlik sisteminə misal olaraq Big Datadır.Bulud texnologiyası.Bulud texnologiyaları konsepsiyası kompüter texnologiyalarının infrastrukturunun və proqram təminatının bilavasitə şəbəkə mühitində yaradılmasını və istifadə edilməsini təmin edir.Bu texnologiyanın köməyi ilə istifadəçinin məlumatları bulud sistemlərində saxlanılır, emal edilir və eyni zamanda brauzerlərin köməyilə, emal proqramlarının işə salınması və nəticələrə baxılması təmin edilir.Bulud texnologiyaları sisteminin infrastrukturu, kompüterlərin hesablama və yaddaş resurslarının klasterləşməsi və virtuallaşdırılmasından geniş istifadə etməklə, verilənlərin emal və yadda saxlanması mərkəzlərinin yaradılmasını təmin edir .Bulud texnologiyası uzaqdan lazım olan informasiyalara əldə etməyə və onlardan istifadə etməyi nəzərdə tutulan bir texnologiyadır.Biz lokal və ya internet şəbəsi vasitəsi ilə ora qoşula bilərik [3].Bulud texnologiyaları istifadəçilərə 10-a yaxın xidmət təklif edir.Storage-as-a-service (SaaS) -verilənlərin yadda saxlanması servis kimi.Lazımi disk fəzasının sorğu üzrə təqdim edilməsi.Bu resurs uzaq məsafədə yerləşə bilər.İstifadəçilərə verilənləri yadda saxlamaq üçün yaddaş resursları təklif edir.Database-as-a-service (DaaS) -verilənlər bazası servis kimi.Verilənlər bazasına məsafədən girişin təqdim edilməsi imkanını yaradır.İstifadəçi üçün bu verilənlər bazası lokal şəbəkələrdə yerləşən baza kimi görünür.İnformation-as-a-service (İaaS) -informasiya servis kimi.Verilənlərə API tipli interfeys vasitəsilə məsafədən girişi nəzərdə tutur.Bu birja verilənləri, kredit informasiyası, ünvanların yoxlanılması və identifikasiyası ola bilər.Security-as-a-service (SaaS)-təhlükəsizlik servis kimi.Bu təhlükəsizlik xidmətlərinin İnternet vasitəsilə təqdim edilməsidir.Təhlükəsizlik strukturunun lokal qurulmasına baxmayaraq, bəzi xidmətlər uzaqdan reallaşdırılır,
Fields of Study & Subjects
Cloud Data Security Solutions
Cybersecurity and Information Systems
Cloud Computing and Resource Management
Publication details
- Journal / source
- AVTOMATİKA RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI
- Publication date
- 7 March 2026
- Language
- AZ