SÜNİ İNTELLEKT ELEMENTLƏRİNİN AVTOMATLAŞDIRILMIŞ LAYİHƏLƏNDİRMƏ SİSTEMLƏRİNƏ TƏTBİQİ

Read full text
Cited by: 0

Abstract

Xülasə.Məqalədə müasir dövrdə texniki sistemlərdə ALS-inin işlənməsinin və Süni intellekt elementi kimi, əsasən biliklər bazasından istifadə etməklə intellektual avtomatlaşdırılmış layihələndirmə sistemlərinin yaradılması təhlil edilmişdir.Açar sözlər: Layihə, proses, ALS, alqoritmik, texniki sistem, süni intellekt, biliklər bazası, evristik, deduksiya, dekompozisiya, model.Giriş.Ənənəvi layihələndirmə texnologiyasının əsas tərkib hissəsi olan mərhələlərin ardıcıl yerinə yetirilməsi nəticəsində fəaliyyət dövrünün sonrakı mərhələsi üçün texniki sistemin layihə sənədləri hazırlanır [1,3].Texniki sistemin qurulması prinsipləri yeni hazırlanma qaydalarının tətbiqinin nəticəsindən, konstruksiyasının mürəkkəbləşməsindən, texniki, sosial və iqtisadi məsələrin tam nəzərə alınmasından müntəzəm olaraq, dəyişir və təkmilləşir.Bütün bunlar texniki sistemin qurulma prosesinin təşkilati texniki differensiyasiyasını və daha səmərəli, yeni layihələndirmə üsullarının işlənməsini tələb edir. Materiallar və müzakirələr.Mövcud olan və işlənən layihələndirmə üsulları iki qrupa bölünür: evristik və alqoritmik üsullar.Evristik üsullar məsələnin həlli zamanı meydana çıxan layihə proseduralarının həllinə istiqamətlənmiş, insanın düşüncə fəaliyyətinə əsaslanır.Onlar məsələnin həlli zamanı nəticənin ilkin qiymətləndirilməsini yerinə yetirməyən, nizamlanmış qaydaları və məsləhətləri özündə ifadə edirlər.Bu üsullar əsasən çətin formalizə olunan və yaxud, heç formalizə olunmayan proseduralara tətbiq olunur.Alqoritmik üsullar əvvəlki üsullara nisbətən daha çox formalizə olunan layihə proseduralarına tətbiq edilir.Onlar deduksiyanın imkanlarından istifadə etməklə, layihə proseduralarına və onların növbələşməsinə istiqamətlənirlər.Həmçinin onlar arasındakı əlaqəni təyin etməklə nəticədə bir sıra ardıcıllığı qurmaqla layihə prosedurasının məqsədinə yaxınlaşır.Layihələndirmənin tətbiq olunan üsulunun digər üsullarla müqaisədə səmərəliliyinin qiymətləndirilməsi üçün bir sıra şərtlər mövcuddur:-layihə həllinin keyfiyyəti; -layihələndirmə müddəti; -layihənin qiyməti; -layihələndirmə ilə məşğul olan layihəçi-mütəxəssislərin sayı.Ənənəvi əllə layihələndirmə prosesində yuxarıda qeyd olunan şərtlərin yüksək səviyyədə həll edilməsinə nail olmaq mümkün deyildir.Mürəkkəb quruluşlu texniki sistemin layihələndirmə prosesinə sərf olunan müddətin çox olması, sonda alınan layihə həllinin mənəvi köhnəlməsinə səbəb olurdu ki, bunun da nəticəsində hazırlanması tələb olunan texniki sistemin aktuallığı itirdi.Qeyd olunan şərtlər üzrə nisbətən yaxşı nəticələr 80-ci illərdən başlayaraq layihəndirmə prosesinə avtomatlaşdırılmış layihələndirmə vəsaitlərinin tətbiqi nəticəsində alınmağa başlandı.Tədricən maşınqayırma sahəsində istifadə olunan texnoloji proseslərin

Fields of Study & Subjects

Artificial Intelligence Applications Economic and Technological Systems Analysis AI-based Problem Solving and Planning

Publication details

Journal / source
AVTOMATİKA RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI
Publication date
7 March 2026
Language
AZ