TEXNOLOJİ PROSESLƏRİN AVTOMATLAŞDIRILMIŞ İDARƏETMƏ SİSTEMLƏRİNİN TƏHLİLİ

Read full text
Cited by: 0

Abstract

Xülasə.Müəssisələrin avtomatlaşdırılmış idarəetmə sistemlərinin tərkibinə daxil olan texnoloji proseslərin idarəetmə sistemləri istehsalın səmərəsini yükslətməkdə həlledici rol oynayır.Çünki bu sistemlərin işi bilavasitə texnoloji proseslərin rejimlərini optimallaşdırmağa, avadanlıqlardan səmərəli istifadə etməyə və məhsuldarlıği artırmaga, məhsulun keyfiyyətini yüksltməyə imkan verir.Bunun üçün texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri və onların müxtəlif tərtibli strukturlarının təhlil edilməsi vacib və aktual məsələdir.Həmin məqalədə,texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri və onların səmərəli tərtibli strukturları təhlil edilmiş, bu işdə məhsuldarlığinın dahada artırılması, məhsulun maya dəyərinin azaldılması üçün idendifikasiya və imitasiya üsullarının tətbiqinin üstünlüyü əsaslandırılmışdır.Açar sözlər.Proses, idarəetmə, system, avtomattlaşdırma, identifikasiya, sxem, struktur.Giriş.Müasir inkişaf səviyyəsində proseslərin avtomatlaşdırılması informasiya texnologiyalarından istifadə əsasında proseslərin idarə edilməsinə yanaşmalardan biridir.Bu yanaşma prosesdə insan iştirakını azaldan və ya aradan qaldıran kompüterlərdən və proqram təminatından istifadə etməklə əməliyyatların, verilənlərin, məlumatların və resursların idarə edilməsinə imkan verir.Avtomatlaşdırmanın əsas məqsədi prosesin icrasının keyfiyyətini artırmaqdır.Avtomatlaşdırılmış proses əl ilə edilən prosesdən daha sabitdir.Bir çox hallarda proseslərin avtomatlaşdırılması məhsuldarlığı artıra, prosesin vaxtını azaltmağa, xərcləri azaltmağa, dəqiqliyi artırmağa və əməliyyatların sabitliyini artıra bilər.Müəssisələrin avtomatlaşdırılmış idarəetmə sistemlərinin tərkibinə daxil olan texnoloji proseslərin idarəetmə sistemləri istehsalın səmərəsini yükslətməkdə həlledici rol oynayır.Çünki bu sistemlərin işi bilavasitə texnoloji proseslərin rejimlərini optimallaşdırmağa, avadanlıqlardan səmərəli istifadə etməyə və məhsuldarlıği artırmaga, məhsulun keyfiyyətini yüksltməyə imkan verir.Bunun üçün texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri və onların müxtəlif tərtibli strukturlarının təhlil edilməsi vacib və aktual məsələdir.Məqsəd.Məhsuldarlığinın dahada artırılması,məhsulun maya dəyərinin azaldılması üçün texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərinin səmərəli strukturunu əsaslandırılmışdır.Metodika və müzakirə Texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə istemlərinin əsas vəzifəsi prosesin iş rejimini (bundan sonra texnoloji prosesi idarəetmə obyekti adlandırıcağıq) hər hansı göstəriciyə (məsələn, əsas məhsulun maksimal miqdarına, yaxud minimal maya dəyərinə) görə ən əlverişli şəklində idarəetməkdir.

Fields of Study & Subjects

Industrial Automation and Control Systems Industrial Technology and Control Systems Flexible and Reconfigurable Manufacturing Systems

Publication details

Journal / source
AVTOMATİKA RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI
Publication date
7 March 2026
Language
AZ