TV YAYIM VIDEOSİQNALININ SƏVİYYƏSİNİN NORMAL VƏ TƏRS MÜTƏNASİB QANUNLARLA PAYLANMASI HALINDA ANALOQ-RƏQƏM ÇEVRİLMƏSİ ZAMANI YARANAN MƏHDUDLAMA VƏ KVANTLAMA KÜYLƏRİNİN TƏYİN OLUNMASI
Abstract
Xülasə.Məqalədə TV yayım paqlaqlıq siqnalının analoq-rəqəm çevrilməsi zamanı yaranan kvantlama və məhdudlama küylərinin səviyyələrinin təyin olunmuşdur.TV yayım paqlaqlıq siqnalının normal tərs mütənasib qanunla paylanması üçün kvantlama və məhdudlama küylərinin gücləri tapılmışdır.Bu güclərin kvantlamanın qiymətləndirmə səviyyələrinin sayından və məhdudlama əmsalından asılı olaraq necə dəyişməsi öyrənilmişdir.Açar sözlər: Analoq-rəqəm çevrilməsi, kvantlama şkalası, kvantlama küyləri, ifrat yüklənmə küyləri, TV yayım parlaqlıq siqnalı, paylanma modeli.Giriş.Proqramlı TV mərkəzinin çıxışındakı videosiqnal analoq formasında olur rəqəmli TV yayım sistemi ilə verilişi sadə olmayan çevirmələr tələb edir.Çünki bu siqnal sadəcə analoq-rəqəm çevrilməsi nəticəsində deyil, bununla yanaşı müxtəlif çevrilmələr hesabına yaradılan xüsusi formalı rəqəmli TV yayım siqnalıdır.Nəticə olaraq sonsuz sayda məlumat sonlu sayda məlumatla əvəz olunur, məlumat artıqlığı müəyyən qanunauyğunluqla ixtisar olunur.[1].Hazırda ölkəmizdə ilkin təsvir videosiqnalının rəqəmli TV yayım siqnalına çevrilməsi həm yerüstü, həm də peyk TV yayımında MPEG-4 (Moving Picture Experts Group -hərəkərli təsvirlər üzrə ekspert qrupu) alqoritmi üzrə yerinə yetirilir [2].MPEG-4 alqoritmini həyata keçirən sxemlər ədəbiyyatlarda verilmişdir.Bu sxemlərin hamısında ilkin pillə analoqrəqəm çeviricisidir.Bu əməliyyat zamana görə diskretləşdirmə, kvantlama (səviyyəyə görə diskretləşdirmə) və sadə kodlamadan ibarət olur (kanal kodlanması zamanı maneədayanıqlı kodlardan istifadə olunur.Diskretləşdirmə və kvantlama qabaqcadan bəlli olan qeyri-xətti təhriflərlə müşayiət olunur.Analoq-rəqəm çevirilməsi zamanı diskretləşdirmə və kvantlama əməliyyatlarının ardıcıllığını dəyişmək mümükündür və onların yerinə yetirilmə ardıcıllığı dəyişdirilərsə, onda nəticə yenə də eyni olacaqdır [1, 3].Onların səviyyəsinin azaldılması maraq doğurur.Analoq TV siqnalının rəqəmli kodlanması ITU-nun (International Telecommunication Union -Beynəlxalq Telekommunikasiya İttifaqı) ITU-R BT.601 tövsiyələri əsasında həyata keçirilir [3].Bu standarta görə parlaqlıq və iki rəng-fərq siqnalı ayrı-ayrılıqda kodlanır.TV yayımında parlaqlıq siqnalının diskretləşdirmə tezliyi 13,5 MHs olur [1].Ona görə də müxtəlif sıxılma alqoritmləri vasitəsilə videosiqnalın zolağını analoq TV videosiqnalının zolağı ilə eyniləşdirmək lazım gəlir.Analoq siqnalın səviyyəyə görə diskretləşdirilməsi zamanı ilkin siqnalın spektrində yeni tezliklər yaranır.Kvantlayıcıların sintezinin əsas məqsədi kvantlama küylərinin səviyyəsinin azalmasına və siqnalın dəqiq verilməsinə nail olmaqdır.Ədəbiyyatlarda kvantlama küyləri və
Fields of Study & Subjects
Image and Video Quality Assessment
Video Coding and Compression Technologies
Telecommunications and Broadcasting Technologies
Publication details
- Journal / source
- AVTOMATİKA RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI
- Publication date
- 7 March 2026
- Language
- AZ