DİZAYN YÖNÜMLÜ YARADICI İQTİSADİYYATDA MODA SƏNAYESİNİN STRATEJİ ƏHƏMİYYƏTİ
Abstract
Xülasə.Məqalədə dizayn yönümlü yaradıcı iqtisadiyyat kontekstində moda sənayesinin strateji əhəmiyyəti nəzəri və tarixi aspektlərdən araşdırılmışdır.Həmçinin yaradıcı iqtisadiyyatın konseptual əsasları, dizaynın innovasiya və rəqabət üstünlüyündə rolu, moda sənayesinin tarixi inkişaf mərhələləri, marketinq və dizaynın inteqrasiyası, əqli mülkiyyətin qorunması və plagiat problemləri, moda sənayesinin strateji idarəetmə mexanizmləri təhlil edilmişdir.Moda sənayesi yalnız iqtisadi inkişafın deyil, həm də milli brend strategiyasının, mədəni diplomatiyanın və beynəlxalq nüfuzun formalaşmasında mühüm rol oynayır.Məqalədə texnoloji innovasiyalar, dayanıqlı istehsal və FashTech tətbiqlərinin ölkələr üçün qlobal rəqabət üstünlüyü yaratmasındakı əhəmiyyəti vurğulanmışdır.
Fields of Study & Subjects
Cultural and Historical Studies
Cultural Industries and Urban Development
Fashion and Cultural Textiles
Publication details
- Journal / source
- Silk Way
- Publication date
- 3 March 2026
- Language
- AZ