BƏDİİ TƏRCÜMƏDƏ EKVİVALENTLİK
Abstract
Xülasə.Bədii tərcümədə ekvivalentlik anlayışı orijinal mətnin məzmununu, emosional təsirini və üslubi dəyərini qorumaq baxımından mühüm nəzəri və praktiki əhəmiyyətə malikdir.Tərcüməçi yalnız sözlərin mənasını ötürməklə kifayətlənməməli, həm də müəllifin estetik məqsədini, yaradıcılıq üslubunu və oxucuda yaratmaq istədiyi emosiyanı yenidən ifadə etməlidir.Ekvivalentlik müxtəlif növlərə bölünür: leksik ekvivalentlik düzgün qarşılıqların seçilməsinə; qrammatik ekvivalentlik sintaktik uyğunluğun təmin edilməsinə; semantik ekvivalentlik məzmunun dəqiq çatdırılmasına, üslubi ekvivalentlik isə müəllifin ifadə tərzinin qorunmasına xidmət edir.Ən yüksək səviyyə isə estetik ekvivalentlikdir.Bu növ tərcümədə əsas məqsəd orijinal əsərin bədii gücünü, obrazlılığını və oxucuya təsirini qorumaqdır.
Fields of Study & Subjects
Translation Studies and Practices
Comparative and World Literature
Turkic and Altaic Linguistics
Publication details
- Journal / source
- Silk Way
- Publication date
- 3 March 2026
- Language
- AZ