CAMAL AĞA DİLBAZİNİN “DİVANİ-FƏSAHƏT”İNİN DİLİ II HİSSƏ

Read full text
Cited by: 0

Abstract

Xülasə.Azərbaycan dilinin çoxəsrlik tarixini öyrənmək baxımından ayrı-ayrı yazılı abidələrin tədqiqinin böyük əhəmiyyəti vardır.Dil tarixi qarşısında qoyulmuş vacib məsələlərdən biri də həmin abidələrin dil və üslub, leksik, morfoloji və sintaktik xüsusiyyətlərini araşdırmaqdır.Bu cəhətdən Azərbaycan ədəbi dilinin inkişafında müstəsna xidmətlərilə seçilən XIX əsr sənətkarı, məşhur Dilbazilər əsilzadə soyunun parlaq təmsilçilərindən olan Camal ağanın "Divani-fəsahət"ində morfoloji xüsusiyyətlərin araşdırılması ən aktual problemlərdən biridir.Çünki Azərbaycan dilinin inkişaf edib, zəmanəmizə qədər gələn morfoloji quruluşunun nədən ibarət olduğunu ətraflı surətdə təsəvvür etmək üçün, hər şeydən əvvəl onun morfoloji vasitələrini bilmək lazımdır.Morfoloji vasitə dedikdə, sözlərin quruluşunu əmələ gətirən üsulları, ayrı-ayrı sözlərin dəyişməsini, yeni sözlərin yaranmasında bilavasitə iştirak edən morfoloji əlamətlər nəzərdə tutulur.Şairin əsərləri ədəbi-bədii dilimizin tarixi inkişafını izləmək üçün zəngin materialdır.Araşdırmalar göstərir ki, şair Azərbaycan dilinin incəliklərini, onun ifadə vasitələrini hərtərəfli dərk edən bir sənətkar və sözə yüksək qiymət verən, onun təsir qüvvəsini, qüdrətini duyan şair olmuşdur.Azərbaycan dilinin tarixi morfologiyasının birinci qrupunu təmsil edən əsas nitq hissələri "Divanifəsahət"də təfsilatı ilə öz əksini tapmışdır.

Fields of Study & Subjects

Turkic and Altaic Linguistics Turkish Literature and Culture Historical Linguistics and Language Studies

Publication details

Journal / source
Silk Way
Publication date
3 March 2026
Language
AZ