NƏQLİYYAT SİSTEMİNDƏ DÖVLƏT-ÖZƏL TƏRƏFDAŞLIĞI LAYİHƏLƏRİNİN MALİYYƏ QİYMƏTLƏNDİRİLMƏSİNİN RİSK ƏSASLI İNTEQRASİYA MODELİ

Read full text
Cited by: 0

Abstract

Xülasə Məqalədə nəqliyyat sistemində dövlət-özəl tərəfdaşlığı (DÖT) layihələrinin maliyyə qiymətləndirilməsi üçün NPV, IRR və Payback Period metodlarının inteqrasiyası əsasında yeni "Riskə Əsaslanan İnteqrasiya Modeli" (RAİM) təklif olunur.Model Monte Carlo simulyasiyası vasitəsilə risk amillərini (sərnişin tələbi, inflyasiya, iqtisadi qeyri-müəyyənlik) nəzərə alaraq, layihələrin maliyyə dayanıqlığını kompleks şəkildə qiymətləndirir.Empirik təhlil Hanoi-Vinh yüksək sürətli dəmiryol layihəsi üzərində aparılmış və nəticədə layihənin NPV-si 1,25 milyard ABŞ dolları, IRR 11%, Payback Period isə 12 il səviyyəsində müəyyən edilmişdir.Risk ssenarisində sərnişin tələbinin 15% azalması NPV-ni 20%, IRR-ni isə 8%-ə endirmişdir.Bu nəticələr dövlət subsidiyalarının və risk bölüşdürülməsi strategiyalarının layihələrin rentabelliyinə təsirini təsdiqləyir.Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, RAİM modeli NPV, IRR və Payback Period metodlarını vahid çərçivədə birləşdirərək DÖT layihələrinin risk əsaslı maliyyə qiymətləndirilməsini təmin edir.

Fields of Study & Subjects

Capital Investment and Risk Analysis Public-Private Partnership Projects transportation and logistics systems

Publication details

Journal / source
Scientific reviews of Azerbaijan State University of Economics
Publication date
19 January 2026