IMPACT OF AGRICULTURAL SECTOR DEVELOPMENT ON THE FORMATION AND DYNAMICS OF THE AGRO-FOOD MARKET
Abstract
XülasəTədqiqatın əsas məqsədi Azərbaycan Respublikasında aqrar-ərzaq bazarının inkişaf perspektivlərini, onun struktur xüsusiyyətlərini və strateji istiqamətlərini öyrənməkdir.Tədqiqatda həm ölkənin daxili bazar potensialı, həm də regional və qlobal bazarlarda rəqabət qabiliyyəti nəzərə alınmışdır.Məqsəd həmçinin aqrar sahənin dayanıqlı inkişafını təmin edən amilləri müəyyən etmək, subsidiya və dövlət dəstəyi mexanizmlərinin səmərəliliyini təhlil etmək, istehsal və ixrac potensialının artırılması üçün optimal strategiyaları göstərməkdir.Tədqiqat işi statistik təhlil, müqayisəli analiz, sistematik yanaşma və məntiqi ümumiləşdirmə üsulları əsasında həyata keçirilmişdir.Tədqiqat çərçivəsində Azərbaycan aqrar-ərzaq bazarının əsas komponentləri, o cümlədən istehsalçı strukturu, kooperativlərin fəaliyyəti, dövlət tərəfindən tətbiq olunan subsidiya proqramları, bazar infrastrukturunun vəziyyəti və rəqəmsallaşma səviyyəsi ətraflı şəkildə analiz olunmuşdur.Həmçinin istehsalın bölgələr üzrə ixtisaslaşması, logistika sistemlərinin inkişafı, eləcə də innovativ texnologiyaların tətbiqi kimi strateji tədbirlər qiymətləndirilmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan aqrar-ərzaq bazarında istehsal həcmlərinin artırılması, regional ixtisaslaşmanın düzgün təşkili, logistika və bazar infrastrukturunun təkmilləşdirilməsi bazarın dayanıqlı inkişafını təmin edən əsas amillərdir.Bundan əlavə, innovativ texnologiyaların tətbiqi və kooperativlərin fəaliyyətinin genişləndirilməsi məhsuldarlığın artırılmasına və yerli istehsalın qlobal bazarlara inteqrasiyasına əhəmiyyətli töhfə verir.Tədqiqatın məhdudiyyəti mövcud statistik və praktik məlumatların bəzi hallarda kifayət qədər geniş olmamasıdır, bu da gələcək tədqiqatlarda daha ətraflı sahə araşdırmalarının aparılmasını zəruri edir.Tədqiqatın praktiki əhəmiyyəti isə aqrar sahənin inkişaf strategiyalarının təkmilləşdirilməsi,
Fields of Study & Subjects
Agricultural Development and Policies
Agriculture Market Analysis Ukraine
Agricultural economics and policies
Publication details
- Journal / source
- Scientific reviews of Azerbaijan State University of Economics
- Publication date
- 19 January 2026