IMPACT OF DIGITAL TRANSFORMATION ON THE OIL AND GAS SECTOR
Abstract
Məqalədə neft-qaz sektorunda rəqəmsal transformasiyanın çağırışlarına uyğun rəqəmsal texnologiyaların tətbiq imkanları, əsas istiqamətləri və rəqəmsallaşmanın tətbiqi ilə yarana biləcək problemlər nəzərdən keçirilmişdir.Rəqəmsal texnologiyaların neft-qaz şirkətlərinin əməliyyatlarının idarə edilməsində, əməliyyat xərclərinin azaldılmasında və optimallaşdıma qərarlarının verilməsində rolu təhlil edilmişdir.Həmçinin qlobal sənaye üsulu ilə hasil edilmiş karbohidrogen ehtiyatlarının potensial artımına, enerji təhlükəsizliyində sabitliyin təmin edilməsinə və enerji sektorunun yeni üsullarla idarə edilməsinə verə biləcəyi faydalılığı əsaslandırılmışdır.Tədqiqatın məqsədi neft-qaz sektorunda rəqəmsal transformasiya prosesinin CO₂ emissiyasının azaldılmasına və "xalis sıfır" strategiyasına uyğunlaşdırılması və beynəlxalq neft-qaz şirkətlərinin rəqəmsallaşma strategiyalarını təhlil etməklə rəqəmsal texnologiyaların tətbiq imkanlarını müəyyən etməkdir.Məqalədə analiz, sistemli yanaşma, sintez və müqayisəli təhlil metodlarından istifadə edilmişdir.
Fields of Study & Subjects
Digital Transformation in Industry
Energy
Economy
and Technology Trends
Digital Innovation in Industries
Publication details
- Journal / source
- Scientific reviews of Azerbaijan State University of Economics
- Publication date
- 19 January 2026