GLOBAL FOOD WASTE AND İTS SOCİO-ECONOMİC İMPORTANCE OF EFFECTİVE MANAGEMENT
Abstract
XülasəMəqalədə tullantı və itkilər, xüsusilə qida tullantıları və itkilərin mahiyyəti, həcmi, zərərsizləşdirilməsi, utilizasiyası və istifadə imkanları beynəlxalq təcrübə öyrənilməklə elmi-metodoloji aspektdən tədqiq edilmişdir.Qlobal şəraitdə qida tullantılarının yaranması və insanların xeyli hissəsinin hələ də aclıq və sağlamlıq baxımından normal qidalanmamasının qarşılıqlı əlaqəsi ilə bağlı mühüm problemlər ön plana çəkilərək tullantı və itkilərin idarə olunmasının araşdırılmasının zəruriliyi elmi cəhətdən əsaslandırılmışdır.Tədqiqat prosesində qida tullantılarının təsnifatı, yaranma sahələri və səbəbləri, ekoloji və texnoloji norma və standartların tələblərinə bəzən əməl edilməməsinin nəticələri reallıq nəzərə alınmaqla öyrənilmişdir.Dünya və Azərbaycan miqyasında qida tullantıları və itkilərin həcmi, onların səmərəli idarə edilməsi -utilizasiyası mexanizmləri təhlil edilərək müasir rəqəmsal texnologiyaların geniş tətbiqi imkanları göstərilmişdir.Qida tullantılarının azaldılması məqsədilə tədarük və qida zənciri obyektlərində yaranan-məhsulların saxlanması, qidalanma mədəniyyəti, qablaşdırma, nəqliyyatloqistika, utilizasiya və digər proseslərin səmərələşdirilməsi, onlardan yaşıl enerji, bitkiçilikdə gübrə və heyvandarlıqda yem əlavələri, yardımçı sahələrdə xammal kimi istifadənin sosial-iqtisadi əhəmiyyəti öz əksini tapmışdır.Bununla yanaşı, məqalədə həmçinin qida tullantılarının idarə edilməsində innovativ texnologiyaların tətbiqi və qabaqcıl beynəlxalq təcrübədən istifadə əsasında dünyada və ölkəmizdə əhalinin qida məhsulları ilə təminatının yaxşılaşdırılması, ən başlıcası isə qida təhlükəsizliyinin və ətraf mühitin qorunmasına sərf edilən xərclərin minimuma endirilməsi və nəhayət, onların sosial-iqtisadi və ekoloji əhəmiyyəti elmi cəhətdən əsaslandırılaraq müvafiq təkliflər verilmişdir.
Fields of Study & Subjects
Food Waste Reduction and Sustainability
Food Security and Socioeconomic Dynamics
Agriculture Sustainability and Environmental Impact
Publication details
- Journal / source
- Scientific reviews of Azerbaijan State University of Economics
- Publication date
- 19 January 2026