ANALYSIS OF THE TRANSITION OPPORTUNITIES TO CORPORATE GOVERNANCE PRINCIPLES IN AZERBAIJANI COMPANIES

Read full text
Cited by: 0

Abstract

XülasəBu tədqiqat Azərbaycanda korporativ idarəetmə prinsiplərinə keçid imkanlarının mövcud vəziyyətini qiymətləndirmək və bu sahədə sistemli və funksional transformasiyanı stimullaşdırmaq məqsədi daşıyır.Tədqiqatda həm dövlətə məxsus müəssisələr (DMO), həm də özəl və ailə xarakterli şirkətlər üzrə hüquqi və institusional çərçivələr təhlil edilmişdir.Metodologiya olaraq normativ aktların və sahə hesabatlarının məzmun təhlili, ESG hesabatlarının müqayisəli analizi, OECD və EBRD-nin diaqnostik sənədləri əsasında sektorial fərqlərin müəyyənləşdirilməsi yanaşmaları istifadə olunmuşdur.Araşdırmanın nəticələrinə görə, hüquqi baza (Mülki Məcəllə, BFB qaydaları, Nazirlər Kabinetinin qərarları və s.) mövcud olsa da, şirkət daxilində tətbiq səviyyəsi qeyri-bərabərdir.Şuralarda müstəqil üzvlərin real səlahiyyətlərlə təmin edilməməsi, ESG hesabatlarının səthi qalması və risk çərçivələrinin formal xarakter daşıması əsas problemlər kimi qeyd edilir.Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, "keçid modeli" adlı yol xəritəsi hazırlanmış və bu modelə uyğun olaraq, mərhələli strukturlaşdırılmış idarəetmə çərçivəsi təklif olunmuşdur.Praktiki aktuallıq isə odur ki, bu model vasitəsilə şirkətlər daxili siyasətlərini gücləndirib, beynəlxalq investorların gözləntilərinə uyğunlaşa bilərlər.

Fields of Study & Subjects

Governance Compliance and Sustainability Corporate Governance and Law Corporate Finance and Governance

Publication details

Journal / source
Scientific reviews of Azerbaijan State University of Economics
Publication date
19 January 2026