İngilis dilində feilin güman şəkli və onun xüsusiyyətləri

Read full text
Authors: Gülşən Musayeva
Cited by: 0

Abstract

Feilin “mood” kateqoriyası çox vaxt vəziyyətlə reallıq arasındakı münasibətləri danışanın baxış nöqtəsindən ifadə edən fel kateqoriyası kimi nəzərdən keçirilir. Başqa sözlə, feilin vasitəli şəkli danışanın vəziyyətin reallıq və ya qeyri-reallıq olmasına verdiyi subyektiv qiymətləndirməni göstərir. Müasir ingilis dilində feilin “mood” kateqoriyası çoxsaylı müzakirələrə səbəb olmuşdur. O, müxtəlif cür şərh edilmiş və felin ən mübahisəli kateqoriyası hesab olunur. Feilin modallıq ifadə edən şəkillərindən biri və demək olar ki, ən mürəkkəbi güman şəklidir. Feilin “Suppostional Mood” şəklinin iki zaman forması mövcuddur: indiki və keçmiş. Feilin bu vasitəli şəkli danışanın ehtimal, arzu ilə tələb olunan hərəkətini bildirir. Sifariş, təklif, tələb, istək, fərziyyə və məqsədləri ifadə etmək üçün istifadə olunur. Feilin bu forması bir neçə məqamda işlədilə bilər.

Fields of Study & Subjects

Syntax Semantics Linguistic Variation Linguistics and Cultural Studies EFL/ESL Teaching and Learning

Publication details

Journal / source
SCIENTIFIC WORK
Volume
20
Issue
1
Pages
108–111
Publication date
22 January 2026