Elektron ticarətin anlayışı, tətbiq modelləri və rəqəmsal iqtisadiyyat kontekstində strateji əhəmiyyəti
Abstract
Rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda elektron kommersiya (e-commerce) qlobal iqtisadiyyatın ən dinamik sahələrindən birinə çevrilmişdir. O, internet və digər rəqəmsal platformalar vasitəsilə məhsul və xidmətlərin seçilməsi, sifarişi, ödənişi və çatdırılmasını tam onlayn formada həyata keçirərək ənənəvi ticarət mexanizmlərini əhəmiyyətli dərəcədə dəyişdirir və həm bizneslər, həm də istehlakçılar üçün yeni imkanlar yaradır. OECD-nin tərifinə əsasən, elektron kommersiya yalnız avtomatlaşdırılmış sistemlər vasitəsilə rəsmiləşdirilən sifarişləri əhatə edir və bu yanaşma müasir dövrdə B2B, B2C, C2C və C2B modellərinin inkişafı ilə logistika, rəqəmsal ödəniş və onlayn marketinq elementlərini birləşdirən kompleks ekosistemin formalaşmasına səbəb olmuşdur. Nəticə etibarilə, elektron kommersiya qlobal ticarətin strukturunu yenidən formalaşdıran və iqtisadi səmərəliliyi artıran rəqəmsal iqtisadiyyatın əsas istiqamətlərindən biri kimi çıxış edir.
Fields of Study & Subjects
E-commerce and Technology Innovations
Digital Innovation in Industries
Digital Economy and Transformation
Publication details
- Journal / source
- SCIENTIFIC WORK
- Volume
- 20
- Issue
- 1
- Pages
- 117–122
- Publication date
- 22 January 2026