Kiçik və orta ölçülü müəssisələr tərəfindən e-ticarətdə süni intellektin tətbiqinə təsir edən amillər
Abstract
Texnoloji tərəqqinin sürətlənməsi biznes fəaliyyətinin mahiyyətini köklü surətdə dəyişmişdir. Bu səbəbdən müəssisələr öz fəaliyyət mexanizmlərini daha səmərəli qurmaq və bazarda üstün mövqe əldə etmək üçün yeni texnoloji həllərə daha çox üstünlük verməyə başlamışdırlar. Elektron ticarət sahəsində süni intellektin (Sİ) istifadəsi müasir dövrdə biznesin inkişafında strateji əhəmiyyət kəsb edən sahələrdən biri kimi ön plana çıxmışdır. Bununla belə, hazırda kiçik və orta ölçülü müəssisələrin e-ticarətdə Sİ texnologiyalarını mənimsəməsinə təsir göstərən əsas amillər barədə elmi biliklər məhdud səviyyədədir. Məhz bu boşluğun aradan qaldırılması məqsədilə aparılan bu tədqiqat kiçik və orta ölçülü müəssisələrdə e-ticarət mühitində Sİ alətlərinin tətbiqinə təsir edən determinantları müəyyən etməyi qarşısına məqsəd qoymuşdur. Tədqiqat çərçivəsində eyni zamanda Sİ-nin mənimsənilməsinin müəssisələrin biznes göstəricilərinə təsiri də qiymətləndirilmişdir. Tədqiqat özündə bir sıra nəzəri yeniliklər və praktik nəticələr ehtiva edir. Eyni zamanda əldə olunan nəticələr kiçik və orta ölçülü müəssisələrin idarəetmə qərarlarının qəbulunda və strateji istiqamətlərin müəyyənləşdirilməsində faydalı informasiya mənbəyi kimi çıxış edir.
Fields of Study & Subjects
Technology Adoption and User Behaviour
Impact of AI and Big Data on Business and Society
Artificial Intelligence Applications
Publication details
- Journal / source
- SCIENTIFIC WORK
- Volume
- 20
- Issue
- 1
- Pages
- 138–145
- Publication date
- 22 January 2026