E-ticarət zamanında marketinq strategiyalarının uyğunluğu: dijital və ənənəvi yanaşmaların kombinasiyasının roluna bir baxış
Abstract
Bu məqalə e-ticarətin sürətlə genişləndiyi dövrdə marketinq strategiyalarının uyğunlaşdırılması zərurətini araşdırır və dijital və ənənəvi marketinq yanaşmalarının kombinasiyasının müəssisələr üçün yaratdığı strateji üstünlükləri təhlil edir. Rəqəmsal transformasiya ilə istehlakçı davranışları kəskin şəkildə dəyişmiş, alış qərarlarında onlayn platformaların rolu artmışdır. Bu kontekstdə yalnız ənənəvi və ya yalnız dijital vasitələrə əsaslanan kampaniyalar müəssisələrin rəqabət üstünlüyü əldə etməsi üçün kifayət etmir. Məqalədə omni-kanal (omnichannel) strategiyaların tətbiqinin müştəri təcrübəsini zənginləşdirdiyi, brend əlaqəsini gücləndirdiyi və satış çevrilmələrini artırdığı göstərilir. Araşdırma həmçinin sosial media, kontent marketinqi, influencer əməkdaşlıqları kimi dijital alətlərin kütləvi informasiya vasitələri, əyani satış təcrübələri və ənənəvi reklam kanalları ilə inteqrasiyasının sinerji yaratdığını ortaya qoyur. Nəticələr göstərir ki, dijital və ənənəvi marketinqin optimal balansı müəssisələrin bazarda fərqlənməsinə, müştəri seqmentlərinin dəqiq hədəflənməsinə və resursların daha səmərəli bölüşdürülməsinə şərait yaradır. Bu kombinə edilmiş model e-ticarət mühitində fəaliyyət göstərən şirkətlər üçün həm qısa, həm də uzunmüddətli dövrdə markalaşma, satış və müştəri loyalılığı baxımından üstün nəticələr təmin edir.
Fields of Study & Subjects
Digital Marketing and Social Media
Marketing and Advertising Strategies
Digital Innovation in Industries
Publication details
- Journal / source
- SCIENTIFIC WORK
- Volume
- 20
- Issue
- 1
- Pages
- 158–163
- Publication date
- 22 January 2026