Müəllim şəxsiyyətinin pedaqoji keyfiyyətləri: tələblər və inkişaf perspektivləri

Read full text
Authors: Leylan Əsgərova
Cited by: 0

Abstract

Müəllimin şəxsiyyətinin pedaqoji fəaliyyətin subyekti kimi formalaşması çoxsaylı sosial, iqtisadi və təhsil amilləri ilə bağlıdır. Müasir təhsil mürəkkəb sosial-mədəni mühitdə müəllimlərin aktual təhsil vəzifələrini məsuliyyətlə həll edə bilən, peşəkar və davamlı olaraq özünüinkişaf edən şəxsiyyətlər kimi formalaşmasını tələb edir. Müəllimin hazırlanması prosesi insan, vətəndaş və mütəxəssis kimi rolların inteqrasiyasını, daxili bütövlüyün və peşəkar davranışın inkişafını nəzərdə tutur. Yüksək ixtisaslı müəllim uşaqlara məhəbbət, pedaqoji fəaliyyətə sevgi, peşə bilikləri, geniş dünyagörüşü, intellektual inkişaf, yüksək mənəviyyat və pedaqoji intuisiya kimi əsas keyfiyyətlərə sahib olmalıdır. Əlavə keyfiyyətlər — ünsiyyətcilik, yaradıcılıq və şən xasiyyət — müəllimin səmərəliliyini artırır. Pedaqoji ustalıq isə müəllimin situasiyaları düzgün qiymətləndirməsi, improvizasiya qabiliyyəti, müşahidəçilik, proqnozlaşdırma və refleksiya bacarıqları ilə müəyyən olunur. Beləliklə, müəllimin peşəkarlığı mədəni dəyərlər, pedaqoji biliklər və praktiki təcrübə əsasında formalaşan çoxfaktorlu, fərdiləşmiş yaradıcı özünüreallaşma prosesidir. Bu keyfiyyətlər müəllimə təkcə uşaqları yetişdirmək deyil, həm də cəmiyyətin davamlı inkişafına töhfə vermək imkanı yaradır. Bu tədqiqatda müəllim şəxsiyyətinin pedaqoji keyfiyyətlərini nəzəri səviyyədə və sistemli şəkildə təsnif edilir. Eyni zamanda, müəllimin peşəkar inkişafı və şəxsiyyət formalaşması sahəsində mövcud yanaşmalara nəzəri töhfə verir

Fields of Study & Subjects

Education and Teacher Training Teacher Education and Leadership Studies Education Psychology and Social Research

Publication details

Journal / source
SCIENTIFIC WORK
Volume
20
Issue
1
Pages
164–169
Publication date
22 January 2026