Buxar-qaz qurğularının istilik sxeminin və iş rejiminin analizi

Read full text
Authors: Şükür Nəsirov Şükür Nəsirov, Aydan Əliyeva, Seymur Həşimov
Cited by: 0

Abstract

Bu məqalədə istismar zamanı əldə olunmuş faktiki ölçmə nəticələri əsasında üç dövrəli buxar-qaz qurğularının istilik səmərəliliyi sistemli şəkildə təhlil edilmişdir. Tədqiqat çərçivəsində istilik sxeminin əsas parametrlərinin qurğunun ümumi faydalı iş əmsalına təsir mexanizmləri müəyyən olunmuşdur. Qaz və buxar turbinli hissələrin əsas iş göstəriciləri qarşılıqlı əlaqədə araşdırılmış, işçi maddə kimi istifadə edilən buxar-su qarışığının istilik-fiziki xüsusiyyətləri nəzərə alınmışdır. Aparılmış analiz nəticəsində müəyyən edilmişdir ki, aralıq qızdırılma üçün optimal təzyiq seçildiyi halda, buxarın temperaturunun artırılması buxar turbininin faydalı gücünü əhəmiyyətli dərəcədə yüksəldir və bu, ümumi qurğu səmərəliliyinə birbaşa təsir göstərir. Eyni zamanda, kondensator təzyiqinin səviyyəsinin buxar-qaz qurğusunun xalis gücünü formalaşdıran əsas amillərdən biri olduğu müəyyən olunmuşdur. Kondensasiya təzyiqinin azalması turbin çıxışında işçi cismin genişlənmə dərəcəsini artıraraq əlavə mexaniki işin əldə edilməsinə şərait yaradır. Üç dövrəli buxar-qaz qurğusunun müxtəlif istismar rejimləri araşdırılmış və müvafiq rejim xarakteristik qrafikləri qurulmuşdur. Təhlil nəticələri göstərir ki, yanma məhsullarının temperaturu və kondensator təzyiqi sabit saxlanıldıqda, qaz turbininin, buxar turbininin və bütövlükdə enerji blokunun gücü nisbətən stabil qalır. Alınmış nəticələr buxar-qaz qurğularının layihələndirilməsi, istismar rejimlərinin optimallaşdırılması və enerji səmərəliliyinin artırılması baxımından praktiki əhəmiyyət kəsb edir.

Fields of Study & Subjects

Advanced Power Generation Technologies Thermodynamic and Exergetic Analyses of Power and Cooling Systems Turbomachinery Performance and Optimization

Publication details

Journal / source
SCIENTIFIC WORK
Volume
20
Issue
1
Pages
170–184
Publication date
22 January 2026