Xəzər dənizi suyunun hibrid şirinləşdirmə sistemlərində nanosüzülmə üsulunun bəzi texnoloji aspektlərinin araşdırılması
Abstract
Təklif olunan məqalədə okean suyunun emalı istiqamətində bir sıra alimlərin işlərinin icmalı əsasında şirinləşdirmə sistemlərində ilkin nanosüzülmə üsulunun sulfat ərplərinin yaranmasının qarşısının alınmasında səmərəliliyi göstərilmişdir. Peşəkar kompüter proqramında Xəzər dənizi suyunun emalında nanosüzülmə prosesinin imkanlarının araşdırılması aparılmış və NF200-400i markalı membranların göstəricilərinin yüksək olması müəyyən olunmuşdur. Bu marka membranlı nanosüzülmə texnologiyasının əks-osmos membranlarının və termiki distillə qurğularının qızma səthlərinin sulfat ərplərindən etibarlı qorunması göstərilmişdir. Nanosüzülmə üsulundan istifadə etməklə şirinləşdirilmiş suyun çıxımının artmasına, çəkilən xərclərin azalmasına, distillə prosesində temperatur həddinin yüksəlməsinə nail olmağın mümkünlüyü aşkar edilmişdir.
Fields of Study & Subjects
Membrane Separation Technologies
Freezing and Crystallization Processes
Membrane-based Ion Separation Techniques
Publication details
- Journal / source
- SCIENTIFIC WORK
- Volume
- 20
- Issue
- 1
- Pages
- 185–189
- Publication date
- 22 January 2026