Corc Sondersin yaradıcılığında tarixi gerçəklik payı

Read full text
Authors: Şəbnəm Xəlilzadə
Cited by: 0

Abstract

Son dövrlərdə bir sıra tədqiqatçılar çağdaş ingilis dilində yazılmış tarixi ədəbiyyat haqqında monoqrafiyalar və redaktə olunmuş məqalə topluları hazırlamışlar ki, bu da janrın əhəmiyyətini və fərqli oxucu qrupları üçün artmaqda olan cazibəsini əks etdirir. Tarixi roman geniş janr çərçivəsində alternativ tarixlər, zaman-keçid romanları, tarixi fantastika və saxta tarixlər kimi müxtəlif növləri də qəbul edir. Bu təhlillərə daha yeni bir inkişaf kimi neo-tarixi romanı da əlavə edə bilərik. Corc Sonders Linkoln Bardoda romanında ənənəvi roman janrının tələblərindən kənara çıxaraq hər bir obraz üçün yeni, fərdi danışıq tərzi yaratmışdır. Belə ki, o, burada səhnə əsəri və ya ssenariyə xas olan vasitələrdən istifadə edir. Əvvəlcə obraz bir şey deyir, sonra həmin cümlənin sonunda, sanki kimdənsə bir sitat gətirirmiş kimi, onun adı gəlir. Sonders bu üsulu tez-tez, real tarixi kitab və sənədlərdən gətirdiyi sitatlara tətbiq edir. Sonders Amerikada Vətəndaş Müharibəsi dövründə baş vermiş hadisələri birbaşa təqdim etmir, onları dolayı yollarla, eyhamla əks etdirir. Yazıçı bu əsəri ilə tarixin necə yaradıldığı və mədəni şəkildə ötürüldüyü düşüncəsini pozaraq, xüsusilə də bütünlük təşkil edən tarixi narrativ anlayışını sarsıdaraq, oxucunu XIX əsrin ortalarına aid Amerika tarixi və milli identikliyin formalaşması ilə bağlı əvvəlki qənaətlərini yenidən nəzərdən keçirməyə vadar edir.

Fields of Study & Subjects

Narrative Theory and Analysis Contemporary Literature and Criticism Philosophy History and Historiography

Publication details

Journal / source
SCIENTIFIC WORK
Volume
20
Issue
1
Pages
59–63
Publication date
22 January 2026