Motivasiya və həyəcanın ikinci xarici dil öyrənməsinə təsiri
Abstract
Bu elmi məqalədə motivasiya və həyəcan kimi psixoloji faktorların ikinci xarici dilin (L2) öyrənilməsinə təsiri nəzəri və empirik yanaşmalar əsasında təhlil olunmuşdur. Məqalədə bu iki amilin xarici dil öyrənməsinə təsiri, onların qarşılıqlı əlaqəsi və fərqli öyrənmə mərhələlərindəki rolu araşdırılmışdır. Eyni zamanda, motivasiyanın artmasının öyrənməyə olan marağı və davamlılığı artırdığı, həyəcanın isə bəzi hallarda öyrənməni çətinləşdirdiyi göstərilmişdir. Lakin bəzi hallarda həyəcanın motivasiyanı stimullaşdırdığı hallara da rast gəlinmişdir. Texnologiya dəstəyi, fərdi strategiyalar və emosional tənzimləmə texnikaları vasitəsilə bu iki faktorun balanslaşdırılması mümkündür. Məqalənin sonunda praktik tövsiyələr və statistik nümunələr əsasında tədrisə inteqrasiya oluna biləcək təkliflər irəli sürülmüşdür.
Fields of Study & Subjects
EFL/ESL Teaching and Learning
Education
Achievement
and Giftedness
Second Language Acquisition and Learning
Publication details
- Journal / source
- SCIENTIFIC WORK
- Volume
- 20
- Issue
- 1
- Pages
- 85–89
- Publication date
- 22 January 2026