Müəllim liderliyi və maneələr (çətinliklər)
Abstract
Məqalədə müəllim liderliyi anlayışının inkişafı, onun mahiyyəti və qarşılaşdığı maneələr ətraflı şəkildə izah edilir. Ənənəvi olaraq liderlik yalnız məktəb rəhbərliyinə aid funksiyalar kimi qəbul edilsə də, müasir təhsil modelində müəllimin həm sinif daxilində, həm də məktəb səviyyəsində liderlik etməsi zəruri hesab olunur. Müəllimin təhsilin keyfiyyətinə təsir edən qərarların formalaşdırılmasında, həmkarlarla əməkdaşlıqda, peşəkar inkişafda və məktəb mədəniyyətinin qurulmasında fəal rolu ön plana çəkilir. Lakin müəllim liderliyinin formalaşmasına müxtəlif səviyyələrdə maneələr mövcuddur. Təşkilati maneələrə ierarxik idarəetmə, müəllimin qərarvermə proseslərinə az cəlb edilməsi, vaxt və resurs çatışmazlığı daxildir. Şəxsi maneələr müəllimlərin öz güclərinə inamsızlığı, məsuliyyət almaqda çəkinməsi və liderliyi yalnız rəhbərliyə aid fəaliyyət kimi qəbul etməsi ilə əlaqədardır. Əməkdaşlıq mühitindəki çətinliklər isə müəllimlər arasında dialoqun zəif olması, təcrübə paylaşımına meylin azlığı və etimadın aşağı səviyyədə qalmasıdır. Məqalədə qeyd edilir ki, müəllim liderliyinin inkişafı üçün məktəbdə demokratik mühit qurulmalı, müəllimlər qərar proseslərinə daxil edilməli və peşəkar əməkdaşlıq gücləndirilməlidir. Bu dəyişikliklər müəllimin həm öz peşəkar potensialını reallaşdırmasına, həm də məktəbin ümumi inkişafına töhfə verməsinə şərait yaradır.
Fields of Study & Subjects
Education and Teacher Training
Teacher Education and Leadership Studies
School Leadership and Teacher Performance
Publication details
- Journal / source
- SCIENTIFIC WORK
- Volume
- 20
- Issue
- 1
- Pages
- 90–94
- Publication date
- 22 January 2026