Naxçıvandan başlanan dövlətçilik salnaməsi
Abstract
Məqalədə 90-cı illərin əvvəllərində Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edən ictimai-siyasi proseslərin baş verdiyi bir dövrdə Heydər Əliyevin Naxçıvandakı fəaliyyətindən bəhs olunur. Həmin dövrdə hökumətin Naxçıvanı informasiya blokadasında saxlaması və Heydər Əliyevi ölkədə baş verən siyasi proseslərdən təcrid etməsi qeyd olunmuşdur. Eyni zamanda görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrü üç ilə yaxın bir müddətdə (22 iyul 1990-cı ildən 9 iyun 1993-cü ilədək) davam etsə də, bu qısa zaman çərçivəsində həyata keçirilən mühüm tədbirlərin, qəbul edilən qərarların, əldə edilən uğurların miqyasına və əhəmiyyətinə görə Azərbaycan tarixində mühüm mərhələ təşkil edir. Çünki, Ulu Öndərin 1990-cı ilin yayında Naxçıvana gəlməsi, Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanlarına deputat, az sonra isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilməsi həmin vaxt Azərbaycanda cərəyan edən çox mürəkkəb ictimai-siyasi proseslərə öz müsbət təsirini göstərdi. Çünki dövlətimiz yeni-yeni uğurlar, nailiyyətlər qazandıqca onun təməlində Ulu Öndərin ağıllı zəkasının, uzaqgörən siyasətinin, mahir strateqliyinin şahidi oluruq.
Fields of Study & Subjects
Soviet and Russian History
Post-Soviet Geopolitical Dynamics
Eastern European Communism and Reforms
Publication details
- Journal / source
- Mahmud Kashgarly
- Volume
- 4
- Issue
- 1
- Pages
- 82–88
- Publication date
- 7 January 2026