İNFORMASİYA SİSTEMLƏRİ ƏSASINDA BİZNES PROSESLƏRİNİN OPTİMALLAŞDIRILMASI: SƏNAYE MÜƏSSİSƏSİ NÜMUNƏSİNDƏ

Read full text
Authors: Həcər İsmayılova Həcər İsmayılova, Röya Dadaşzadə Röya Dadaşzadə
Cited by: 0

Abstract

Müasir iqtisadi şəraitdə sənaye müəssisələrinin davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması biznes proseslərinin səmərəli idarə olunmasından birbaşa asılıdır. Qlobal rəqabətin güclənməsi və rəqəmsal texnologiyaların sürətli inkişafı müəssisələri ənənəvi idarəetmə üsullarından imtina edərək informasiya sistemlərinə əsaslanan yanaşmalara keçməyə məcbur edir. Bu baxımdan biznes proseslərinin optimallaşdırılmasında informasiya sistemlərinin rolu xüsusi əhəmiyyət kəsb edir. Məqalədə informasiya sistemləri əsasında biznes proseslərinin optimallaşdırılmasının nəzəri və praktiki aspektləri araşdırılmışdır. Tədqiqatın əsas məqsədi sənaye müəssisəsi nümunəsində informasiya sistemlərinin tətbiqinin biznes proseslərinin icra müddətinə, resurslardan istifadəyə və idarəetmə qərarlarının keyfiyyətinə təsirini təhlil etməkdir. Araşdırma zamanı sistemli yanaşma, müqayisəli təhlil və analitik metodlardan istifadə edilmişdir. Təhlilin nəticələri göstərir ki, informasiya sistemlərinin tətbiqi proseslərin avtomatlaşdırılmasını və inteqrasiyasını təmin etməklə əməliyyat xərclərinin azalmasına, səhvlərin minimuma endirilməsinə və qərar qəbuletmə prosesinin sürətlənməsinə şərait yaradır. Eyni zamanda, məlumatların mərkəzləşdirilmiş və real vaxt rejimində əldə olunması müəssisədaxili idarəetmənin şəffaflığını artırır. Məqalədə əldə olunan nəticələr sənaye müəssisələrində biznes proseslərinin optimallaşdırılması üçün informasiya sistemlərinin tətbiqinin zəruri və effektiv olduğunu təsdiq edir və praktiki tövsiyələrin formalaşdırılmasına əsas yaradır. Açar sözlər: biznes prosesləri, informasiya sistemləri, optimallaşdırma, sənaye müəssisəsi, ERP sistemləri, avtomatlaşdırma, idarəetmə JEL: G14, M15, M21; UOT: 004:005.4

Fields of Study & Subjects

Enterprise Management and Information Systems Business Process Modeling and Analysis ERP Systems Implementation and Impact

Publication details

Journal / source
ENECO-Proceeding of Energy Economic Research Center
Pages
14–14
Publication date
3 March 2026
Language
AZ