KİÇİK VƏ ORTA SAHİBKARLIQ (KOB) ÜÇÜN ALTERNATİV MALİYYƏ MƏNBƏLƏRİNİN ARAŞDIRILMASI
Abstract
Kiçik və Orta Biznes qlobal iqtisadi inkişaf üçün hərəkətverici qüvvə hesab olunur. Məqalədə Kiçik və Orta Sahibkarlıq subyektlərinin birbaşa maliyyələşdirilməsi fonunda alternativ maliyyə mənbələri araşdırılmış, alternativ yollardan istifadənin üstünlükləri və perspektivləri müəyyənləşdirilmiş, KOB-un maliyyələşdirilməsi mənbələrinin strukturunu müəyyən edən amillər sistemləşdirilmişdir. Kiçik və Orta Biznes subyektlərinin maliyyələşdirilməsi problemi faktorinq, lizinq, kraudfandinq kimi alternativ maliyyə mənbələrini araşdırmaq zərurəti meydana çıxarmışdır ki, bu da məqaləni daha aktual edir. Araşdırmada alternativ maliyyə mənbələrinin mahiyyəti, formaları, güclü və zəif tərəfləri, həmçinin tənzimlənməsinin hüquqi aspektləri tədqiq edilmiş, xarici təcrübə əsasında daxili bazarda inkişaf perspektivlərinin müəyyən edilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Qlobal statistik məlumatlara əsasən demək olar ki, son illərdə KOB üçün alternativ maliyyə mənbələrinin, xüsusən də kraudfandinqin əhəmiyyəti artıb. Azərbaycanda kraudfandinq hələ geniş tətbiqini tapmayıb. Bu sahənin inkişafı normativ-hüquqi bazanın səmərəli tətbiqindən və alternativ maliyyə mənbələrinə dair informasiya təminatının genişləndirilməsindən asılı olacaq. Məqalədə müşahidə, elmi abstraksiya, müqayisəli təhlil, analiz, sintez, induksiya, deduksiya və məntiqi mülahizələrə əsaslanan metodlardan istifadə olunmuşdur. Açar sözlər: investisiya, kiçik biznes, orta biznes, alternativ maliyyə mənbələri, kraudfandinq JEL: M13, L25, L52; UOT: 338.24:334.021:338.2
Fields of Study & Subjects
Economic and Industrial Development
Working Capital and Financial Performance
Economic Systems and Logistics Management
Publication details
- Journal / source
- ENECO-Proceeding of Energy Economic Research Center
- Pages
- 34–34
- Publication date
- 3 March 2026
- Language
- AZ