AVİASİYA HOLDİNQLƏRİNDƏ İNTEQRASİYA VƏ DİVERSİFİKASİYA STRATEGİYALARININ İQTİSADİ SƏMƏRƏLİLİYİ

Read full text
Authors: Sərvər Abbasov Sərvər Abbasov, Davud Abdullayev
Cited by: 0

Abstract

Müasir qlobal aviasiya sənayesində artan rəqabət, bazar dəyişkənliyi, yanacaq qiymətlərindəki dalğalanmalar və geosiyasi risklər aviaşirkətlərin strateji idarəetmə yanaşmalarına yenidən baxılmasını zəruri edir. Bu şəraitdə inteqrasiya və diversifikasiya strategiyaları aviasiya holdinqlərinin davamlı inkişafının və maliyyə dayanıqlığının təmin edilməsində əsas alətlərdən biri kimi çıxış edir. Məqalədə aviasiya holdinqlərində inteqrasiya və diversifikasiya strategiyalarının iqtisadi səmərəliliyə təsiri kompleks şəkildə təhlil edilmişdir. Tədqiqatın metodoloji bazasını sistemli təhlil, müqayisəli yanaşma və statistik məlumatların qrafik interpretasiyası təşkil edir. Araşdırma əsasən Azərbaycan aviasiya sektorunda inteqrasiya olunmuş holdinq modelinin formalaşması, xüsusilə AZAL-ın fəaliyyət göstəriciləri əsasında aparılmışdır. Eyni zamanda Lufthansa Group, Air France–KLM və Emirates Group kimi beynəlxalq aviasiya holdinqlərinin təcrübəsi nəzərə alınaraq müqayisəli qiymətləndirmə həyata keçirilmişdir. Aparılan təhlillər göstərir ki, xidmət portfelinin diversifikasiyası, holdinqdaxili inteqrasiya səviyyəsinin yüksəldilməsi və resursların mərkəzləşdirilmiş idarə olunması ümumi gəlirin artımına, əməliyyat xərclərinin optimallaşdırılmasına və maliyyə sabitliyinin güclənməsinə şərait yaradır. Məqalənin nəticələri Azərbaycan aviasiya sektorunda strateji idarəetmənin təkmilləşdirilməsi və inteqrasiya olunmuş modelin daha da inkişaf etdirilməsi baxımından elmi və praktiki əhəmiyyət kəsb edir. Bundan əlavə, tədqiqat çərçivəsində müəyyən edilmişdir ki, aviasiya holdinqlərində inteqrasiya olunmuş idarəetmə modelləri yalnız maliyyə göstəricilərinin yaxşılaşdırılması ilə məhdudlaşmır, eyni zamanda institusional dayanıqlığın və strateji çevikliyin formalaşmasına mühüm töhfə verir. Beynəlxalq təcrübə göstərir ki, holdinq strukturlarında mərkəzləşdirilmiş strateji qərar qəbuletmə mexanizmi ilə əməliyyat muxtariyyətinin balanslaşdırılması optimal idarəetmə modelinin əsasını təşkil edir. Eyni zamanda diversifikasiya strategiyalarının tətbiqi aviasiya holdinqlərinə bazar dəyişikliklərinə daha çevik reaksiya vermək, yeni gəlir mənbələri formalaşdırmaq və əməliyyat risklərini minimuma endirmək imkanı yaradır. Araşdırma nəticələri təsdiq edir ki, xidmət portfelinin genişləndirilməsi maliyyə sabitliyinin yüksəldilməsində mühüm rol oynayır və bu proses uzunmüddətli strateji üstünlüklər formalaşdırır. Açar sözlər: Aviasiya holdinqləri, inteqrasiya strategiyaları, diversifikasiya siyasəti, maliyyə sabitliyi, iqtisadi səmərəlilik, strateji idarəetmə, AZAL, beynəlxalq aviasiya təcrübəsi. JEL: G32, L91, L92; UOT: 658.114.5

Fields of Study & Subjects

Aviation Industry Analysis and Trends Business Strategies and Innovation Merger and Competition Analysis

Publication details

Journal / source
ENECO-Proceeding of Energy Economic Research Center
Pages
49–49
Publication date
3 March 2026
Language
AZ