İNSAN RESURSLARININ IDARƏ OLUNMASINDA MÜASIR MODELLƏR VƏ INNOVATIV TEXNOLOGIYALARIN ROLU

Read full text
Authors: Arzu Mirheydərova Arzu Mirheydərova, İsmayıl Orucov İsmayıl Orucov
Cited by: 0

Abstract

Bu məqalə insan resurslarının səmərəli idarə edilməsi üzrə müasir yanaşmaları, modelləri və texnoloji inteqrasiyanın rolunu araşdırır. Tədqiqatın məqsədi təşkilatlarda insan resurslarının planlaşdırılması, motivasiya, performansın qiymətləndirilməsi, təlim və inkişaf proqramlarının təşkili, eləcə də strateji insan resursları idarəetmə modelinin formalaşdırılması üçün nəzəri və praktik əsasların müəyyənləşdirilməsidir. Məqalədə qeyd olunur ki, rəqəmsal transformasiya və innovativ texnologiyalar insan resurslarının idarə edilməsini köklü şəkildə dəyişdirərək məlumatların analitik təhlilini, qərarvermə proseslərini və əməkdaşların inkişafını daha səmərəli edir. Eyni zamanda, təşkilat mədəniyyəti, işçilərin motivasiyası və peşəkar inkişafı ilə bağlı tədbirlər işçi məmnuniyyətini və təşkilati performansı artıran əsas amillər kimi qiymətləndirilir. Tədqiqatın nəticələri göstərir ki, insan resurslarının səmərəli planlaşdırılması və texnoloji inteqrasiyası təşkilatın strateji məqsədlərinə nail olmasını asanlaşdırır, əmək məhsuldarlığını yüksəldir və rəqabət üstünlüyü yaradır. Məqalədə həmçinin insan resurslarının idarəetməsində innovasiyaların tətbiqi, liderlik potensialının inkişafı və əməkdaşların motivasiyasının gücləndirilməsi istiqamətində konkret tövsiyələr təqdim olunur. Açar sözlər: İnsan resursları, səmərəli idarəetmə, performans, motivasiya, təlim və inkişaf, işçi məmnuniyyəti JEL: O3, О15, О31; UOT: 331.101.262

Fields of Study & Subjects

Human Resource and Talent Management AI and HR Technologies Education Management Technology Human Resources

Publication details

Journal / source
ENECO-Proceeding of Energy Economic Research Center
Pages
58–58
Publication date
3 March 2026
Language
AZ