SƏNAYE MÜƏSSİSƏLƏRİNİN İXRAC POTENSİALININ YÜKSƏLDİLMƏSİ MEXANİZMLƏRİ: BEYNƏLXALQ TƏCRÜBƏ

Read full text
Authors: Qəzənfər Süleymanov Qəzənfər Süleymanov, Şəms Əkbərzadə Şəms Əkbərzadə
Cited by: 0

Abstract

Məqalədə sənaye müəssisələrinin ixrac potensialının inkişaf yüksəldiməsi üzrə beynəlxalq tədqiqat işləri araşdırılır. İxrac potensialı ölkə iqtisadiyyatında, xüsusən də sənaye müəssisələrinin beynəlxalq bazar fəaliyyətində mühüm rol oynadığı əsaslandırılır. Məqalədə əsaslandırılır ki, sənaye müəssisələrinin ixrac potensialı həm istehsal gücünün və məhsul çeşidinin genişlənməsinə, həm də maliyyə göstəricilərinə və gəlirliliyə birbaşa təsir göstərir. Buna görə də, məqalədə düzgün ixrac strategiyası müəssisələrin ümumi idarəetmə və inkişaf strategiyasının ayrılmaz hissəsi olduğu əsaslandırılır. Məqalənin strateji hədəfi sənayenin yeni inkiaşf mərhələsinə əsaslanaraq müəssisələrin ixrac potensialının yüksəldilməsi mexanizmlərini tədqiq etmək və ölkəmizin sənaye müəssisələrinin ixrac potensialını yüksəldən amillər arasında korrelyasiya əlaqəsini qurmaq və sonda ixtac potensialının yüksəldiməsinin ekonometrik miodelini təklik etməkdir. Bu məqsədlə məqalədə yerli və beynəlxalq alimlərin elmi işləri tədqiq olunaraq, ixrac strategiyasına dair müxtəlif prinsiplər, metodlar və yanaşmalar təhlil edilmişdir. Qloballaşma və beynəlxalq bazarlarda artan rəqabət şəraitində müəssisələrin ixrac potensialının inkişaf etdirilməsinin vacibliyinə xüsusi diqqət yetirilmişdir. Açar sözlər: ixrac potensialı, sənaye müəssisələri, maşınqayırma sənayesi, rəqabət qabiliyyəti, xarici ticarət. JEL: L16, O25, O33; UOT: 67:621:(479.24)

Fields of Study & Subjects

Global trade and economics Economic and Industrial Development International Business and FDI

Publication details

Journal / source
ENECO-Proceeding of Energy Economic Research Center
Pages
68–68
Publication date
3 March 2026
Language
AZ