AZƏRBAYCANIN RƏQƏMSAL TICARƏT MƏKANINDA ONLAYN SATIŞ STRATEGIYALARININ ADAPTASIYASI VƏ RƏQABƏTQABILIYYƏTINƏ TƏSIRI

Read full text
Authors: Ülviyyə Hüseynova Ülviyyə Hüseynova, Nurlan Qədirov Nurlan Qədirov
Cited by: 0

Abstract

Qlobal iqtisadiyyatda baş verən sürətli dəyişikliklər ənənəvi ticarət modellərini rəqəmsal platformalarla əvəz etməkdədir. Müasir dövrdə müəssisələrin rəqabətədavamlı olması və bazar payını qoruyub saxlaması birbaşa onlayn satış strategiyalarının effektivliyindən asılıdır. Təcrübə sübut edir ki, fəaliyyətini yalnız fiziki məkanla məhdudlaşdıran şirkətlər yüksək xərclər və dar coğrafi əhatə problemi ilə üzləşirlər. Digər tərəfdən, biznes proseslərini rəqəmsallaşdıran müəssisələr əməliyyat xərclərini azaldır və müştərilərə daha çevik xidmət göstərirlər. Məsələn, hazırda geyim və elektronika pərakəndə satışında e-ticarət və sosial kommersiya ənənəvi mağaza konseptini üstələyir. Azərbaycanda da bu tendensiya xüsusilə bank, xidmət və iaşə sektorlarında geniş yayılıb. Təqdim edilən məqalədə rəqəmsal transformasiyanın yerli bazardakı təsirləri, strategiyanın tətbiqi mərhələləri və mövcud risklər təhlil edilir. Açar sözlər: onlayn satış strategiyası, rəqəmsal ticarət, rəqabətqabiliyyətlilik, omnikanal marketinq, Azərbaycan bazarı. JEL: L81, O24, Q27; UOT: 338.2:33.9:621.377.6:004.383.3 (479.24)

Fields of Study & Subjects

E-commerce and Technology Innovations Digital Innovation in Industries SMEs Development and Digital Marketing

Publication details

Journal / source
ENECO-Proceeding of Energy Economic Research Center
Pages
76–76
Publication date
3 March 2026
Language
AZ