SƏTHİ MİSLƏNMİŞ MÜXTƏLİF STRUKTURLU ÇUQUNLARDA ZƏRBƏLİ YÜKLƏNMƏLƏR ZAMANI DEMPFİRLƏMƏNİN TEZLİKDƏN VƏ SƏTHİ QATIN QALINLIĞINDAN ASILILIĞININ TƏDQİQİ

Read full text
Authors: Aynur Şərifova Aynur Şərifova, Nihat Ələsgərov Nihat Ələsgərov
Cited by: 0

Abstract

Bu məqalədə istehsalat sahələrində mexaniki mənşəli səs-küy və vibrasiyaların insan sağlamlığına və iş məhsuldarlığına mənfi təsirlərini azaltmaq üçün yeni akustik-demfirləyici materialların yaradılması mövzusu araşdırılır. Mövcud akustik materiallar səs-küyün yayılmasını azaltsa da, mexaniki və texnoloji xüsusiyyətlər baxımından sənaye tətbiqlərinin bütün tələblərini tam ödəməyə bilər. Bu baxımdan yüksək demfirləmə qabiliyyətinə malik mis örtüklü çuqun əsaslı akustik-demfirləyici materialların hazırlanması mühüm problem kimi qalır. Belə materialların strukturu, mexaniki davamlılığı və akustik xassələri birləşərək istehsalat maşınlarının vibrasiya və səs-küyünün effektiv şəkildə söndürülməsinə xidmət edə bilər. Məqalədə təqdim olunan materialların hazırlanması texnologiyası, struktur-xassə əlaqələri və sənaye tətbiqləri perspektivləri müzakirə edilmişdir. Açar sözlər: Sürtünmə qovşağı, çuqun, mislənmiş qat, zərbəli yükləmə, səs enerjisi, qat qalınlığı, mikrostruktur.

Fields of Study & Subjects

Cellular and Composite Structures Acoustic Wave Phenomena Research Vibration Control and Rheological Fluids

Publication details

Journal / source
ETM Equipment Technologies Materials
Pages
252–252
Publication date
2 February 2026
Language
AZ