ELASTİK MÜHİTDƏ PERİODİK ÇATLARA MALİK ENİNƏ SÜRÜŞMƏDƏ SONLU ELEMENTLƏR METODUNUN TƏTBİQİ
Abstract
Elastik mühitlərdə çatların mövcudluğu konstruksiyaların möhkəmliyinə və etibarlılığına ciddi təsir göstərən əsas amillərdən biridir. Xüsusilə periodik yerləşmiş çatlar olan materiallarda gərginliklərin paylanması və çat uclarında yaranan intensivliklər mühəndislik baxımından böyük əhəmiyyət daşıyır. Bu məqalədə elastik mühitdə periodik çatlara malik sistemlərdə eninə sürüşmə rejimi (Mode II) üçün yaranan gərginlik-deformasiya vəziyyətinin tədqiqində sonlu elementlər metodunun tətbiqi araşdırılmışdır. Məsələnin riyazi qoyuluşu xətti elastiklik nəzəriyyəsi çərçivəsində formalaşdırılmış, uyğun sərhəd şərtləri nəzərə alınmışdır. Sonlu elementlər metodu vasitəsilə məsələ diskretləşdirilmiş, elastik sahədə yerdəyişmələrin və gərginliklərin paylanması ədədi olaraq hesablanmışdır. Hesablama nəticələri göstərir ki, periodik çatların qarşılıqlı təsiri gərginlik intensivlik əmsallarının qiymətlərinə mühüm təsir göstərir və bu təsir çatlararası məsafədən asılı olaraq dəyişir. Təqdim olunan yanaşma elastik dağılma mexanikası məsələlərinin modelləşdirilməsində sonlu elementlər metodunun effektivliyini təsdiq edir və mühəndis tətbiqləri üçün praktik əhəmiyyət kəsb edir. Açar sözlər: Sonlu elementlər metodu, elastik mühit, periodik çatlar, eninə sürüşmə, dağılma mexanikası, gərginlik intensivlik əmsalı
Fields of Study & Subjects
Fatigue and fracture mechanics
Elasticity and Wave Propagation
Numerical methods in engineering
Publication details
- Journal / source
- ETM Equipment Technologies Materials
- Publication date
- 2 February 2026